2018-ci ildə ən çox barama tədarükünə görə Zərdab, qurd toxumunun məhsuldarlığına görə isə Cəbrayıl rayonu birinci oldu

Zərdab rayonunda ən çox - 53 ton 881 kq, barama tədarük edilmişdir. Qurd toxumunun məhsuldarlığına görə isə Cəbrayıl rayonu birincidir. Cəbrayıl rayonunda 1 qutu qurd toxumundan orta hesabla 54,461 kq məhsul əldə edilib. Bəslənmək üçün ən çox qurd toxumu isə Şəki rayonuna verilmişdir: 1612 qutu. Respublika üzrə 1 qutudan orta hesabla 39,532 kq məhsul əldə edilmişdir ki, bu da əvvəlki illərin nəticələrindən bir qədər azdır.

Ən aşağı məhsuldarlıq Astara rayonunda qeydə alınıb: bir qutudan orta hesabla 14,788 kq. Asağı məhsuldarlığa görə Astaradan sonra Saatlı (17,738 kq), Cəlilabad (22,557 kq), Hacıqabul (24,666 kq), İmişli (25,858 kq) və Şəki (29,893 kq) gəlir. Məlumat üçün əlavə edək ki, ən az məhsuldarlıq qeydə alınmış Astara rayonu üzrə və məhsuldarlıq o qədər də qənaətbəxş olmayan Şəki rayonu üzrə barama bəslənilməsi zamanı meydana çıxmış problemlər haqqında biz daha əvvəl məlumat yaymışıq (Bax: Zay toxum, hələlik 400 tona yaxın barama qəbulu, "Şəki-İpək" ASC-nin ləğv olunması..., Astara rayonunda bəzi kümdarlar 1 qutu qurd toxumundan 80 kq məhsul əldə ediblər, amma...)

Məlumat üçün onu da əlavə edək ki, cari barama mövsümünün əvvəlində respublikanın 38 rayonu üzrə 13 min qutu qurd toxumu paylanılmışdı (Şəki Regional Elmi Mərkəzi tərəfindən istehsal edilmiş 25 qutu qurd toxumunun hara paylanması barədə məlumat əldə edə bilmədik). Paylanılan 13 min qutu toxumun hamısı Çindən satın alınmışdır və hər qutuda 29 qram toxum olduğunu nəzərə alsaq, ümumi çəki 377 kq-a bərabər olmalı idi (Qurdlar diriləndən sonra, kümdarlara paylanma ərəfəsində bir qutuda cəmi 19 qram toxum qalır). Mütəxəssislərin bildirdiklərinə görə yüksək keyfiyyətli qurd toxumunun 1 kq-nın dünya bazarında qiyməti 1 020 $ (1733,47 manat) civarındadır. Hindistanın ipəkçilik üzrə ixtisaslaşmış "Mainline Enterprises" şirkətinin meneceri Məhəmməd Muzammil "İpəkçi"yə bildirdi ki, onların ölkəsində də Azərbaycandakı kimi qurd toxumu kümdarlara dövlət tərəfindən pulsuz verilir, bir qutu toxum isə dövlətə 17 $-a (28,89 manata) başa gəlir. Azərbaycan Respublikası Prezidentinin İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında 6 oktyabr 2017-ci il tarixli sərəncamına əsasən isə 2018-ci il üçün barama toxumlarının alınmasına 275 min manat (161 min 814 $) vəsait ayrılmışdır (qutuların sayına böldükdə, bir qutunun qiyməti orta hesabla 21,15 manata (12,44 $-a) bərabər olur; 2017-ci ildə isə 6 min qutu qurd toxumunun alınması üçün 163 min manat vəsait ayırıldığını nəzərə alsaq, həmin il bir qutunun qiyməti orta hesabla 27,16 manata (16 $-a) bərabər olub). Bundan başqa, tədarük edilmiş 513,502 ton yaş barama üçün dövlət tərəfindən kümdarlara 2 567 510 mant subsidiya da verilməlidir...

Respublikada bu il 500 tondan çox barama tədarük edilməsinə və bütün məhsulun "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin mülkiyyətində olan Şəki ipək kombinatına təhvil verilməsinə baxmayaraq, "Azərbaycan Sənaye Korporasiyası" ASC Şəki ipək kombinatındakı baramaaçan istehsalatının fəaliyyətini bərpa etməyə tələsmir, əldə etdiyimiz məlumatlara görə istehsalatın fəaliyyəti yalnız avqust ayında, avqust ayının sonuna qədər bərpa edilə bilər.

Qeyd: Rayonlarda barama tədarükünün nəticələri ilə bağlı "Azəripək" MMC-yə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsininə e-məktubla müraciət etmişdik, ikinci qurum məktubumuza iki dəfə (1; 2.) qısa bir müddət ərzində cavab verdi. Kənd Təsərrüfatı Nazirliyindən isə İmran Cümşüdov rayonlara nə qədər qurd toxumu verilməsi ilə bağlı sorğumuzu qısa müddət ərzində cavablandırdı. Həmçinin, ekspert qismində Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyevlə və Hindistanın ipəkçilik üzrə ixtisaslaşmış "Mainline Enterprises" şirkətin meneceri Məhəmməd Muzammil ilə də danışdıq, bəzi məsələlərlə bağlı bizi məlumatlandırdılar. Bu qurumlara və bu qurumların bizə yardımçı olmuş əməkdaşlarına təşəkkür edirik.

AZƏRBAYCANDA BARAMA TƏDARÜKÜ (07.07.2018)

7 iyul tarixinə qədər "Azəripək" MMC tərəfindən 513,925 ton barama qəbul edilib və barama tədaükü yekunlaşıb.

Şəkildə: Zərdab rayonunda yaş baramanın təhvil verilməsi (fotoşəkil AZƏRTAC-ındır).

Rayonların nəticələri isə aşağıdakı kimidir:

2018-ci ildə ən çox barama tədarükünə görə Zərdab, qurd toxumun — Klassik Saytlardan siyahı səhifəsi