Son əlavələr‎ > ‎

Zənnimizdə yanılmadıq, "İpəkçi"nin müraciətinə İlham Əliyev müsbət cavab verdi

27 Mar 2018 20:55 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 27 Mar 2018 21:02 güncellendi ]
Qəzetimizin 6 fevral sayında yazmışdıq ki,

"...pambıqəyirici sex də ötən ilin aprelindən işləmir. Və azı 40-50 nəfər işsiz qalıb. Sexin fəaliyyətə başlaması üçün isə mahlıc lazımdır. Və ötən il ölkədə 200 min ton pambıq yığılıb, pambıqtəmizləmə zavodları işləyir, mahlıc var amma “Şəki-İpək” ASC mahlıc ala bilməyib. “Şəki-İpək” ASC rəhbərliyindən bizə bildirildi ki, pambıq dövlətə məxsusdur, dövlət bizə pambıq vermədi bu il. Bu barədə biz, hörmətli Prezidentimizə və İqtisadiyyat nazirimizə yazdıq, vurğuladıq ki ötən il ölkədə 200 min ton pambıq istehsal edildiyi halda nədənsə və kimlərsə Şəki ipək kombinatının mahlıc vermək istəmir, nəticədə 40-50 nəfər işsiz qalıb. Və əminik ki qısa bir müddət ərzində müsbət nəticə ola bilər".

İlk olaraq İqtisadiyyat nazirliyindən cavab gəldi, yazdılar ki məktubunuz baxılmaq üçün "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə göndərilmişdir. Korporasiyadan cavab verildi ki, hələ fikirləşirik, bəlkə mahlıc verdik, bəlkə vermədik. 

Martın 26-da isə Bərdədə təşkil olunmuş pambıqçılığın inkişafına dair respublika müşavirəsində Prezident  İlham Əliyev "İpəkçi"nin müraciətinə müsbət cavab verdi. Cənab Prezident dedi:


Bir vacib məsələni də diqqətinizə çatdırmaq istərdim. 2018-2022-ci illəri əhatə edən strateji dövrdə yaradılmış potensial imkanlar sayəsində əsas diqqət pambıqçılıqda dəyər zəncirinin dərinləşdirilməsinə yönəldiləcəkdir. Cəmiyyət bu işi "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin tərkibində olan toxuculuq müəssisələri ilə tərəfdaşlıq əsasında həyata keçirəcəkdir. Artıq bu sahədə Sumqayıtdakı "ASK Tekstil" və "Şəki İpək" müəssisələri ilə real işə başlanılıb. Emaldan alınan mahlıcın 2600 tonu "ASK Tekstil" və 1209 tonu isə "Şəki İpək" Açıq Səhmdar cəmiyyətlərinə veriləcəkdir ki, bu da həmin müəssisələrə verilən mahlıcdan iplik istehsal edilərək, daha uyğun qiymətə Türkiyə Respublikasına və Rusiya Federasiyasına satılacaqdır. Bu da öz növbəsində, həmin müəssisələrdə yeni iş yerlərinin açılması deməkdir.