Tələt Qasımov
Şəki Ensiklopediyası səhifəsi Tələt Qasımov (Qasımov Tələt Əli oğlu; d. 4 avqust 1939-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 27 fevral 1999-cu ildə, Bakı, Azərbaycan Respublikası) – Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992). MündəricatHaqqında məlumatlar[redaktə]
1939-cu ildə Bakıda anadan olub. 1956-cı ildə Bakıda 6 №-li məktəbi bitirib. 1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb; eyni zamanda institutun komsomol komitəsi katibinin müavini olub və Bakı şəhər 2 №-li klinik xəstəxanada tibb qardaşı işləyib. 1963 – 1965-ci illərdə hərbi xidmətdə olub – Macarıstanda hərbi həkim işləyib. 1965 – 1970-ci illərdə əvvəl Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturasına təhsilini artırıb (1965 – 1967), sonra bu institutun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışıb, hospital terapiya kafedrasında “Bronxial asma zamanı kliniki-biokimyəvi tədqiqatlar” adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib, institutun komsomol komitəsinin katibi olub. 1970 – 1974-cü illərdə Azərbaycan LKGİ-nin sədri olub. 1974 – 1978-cu illərdə Azərbaycan KP MK-da işləyib, o cümlədən, 1976 – 1978-ci illərdə elm və təhsil müəssisələri şöbəsinin səhiyyə və sosial təminat sektorunun müdiri olub. 1978 – 1979-cu illərdə Azərbaycan SSR Səhiyyə nazirinin müavini və nazirliyin IV baş idarəsinin rəisi vəzifəsində çalışıb. 1979 – 1992-ci illərdə Azərbaycan SSRİ-nin (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991-ci ildən) səhiyyə naziri olub. 1980 – 1984 və 1985 – 1990-cı illərdə X və XI çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1992-ci ildən sonra bir müddət işsiz qalıb, sonra Azərbaycanın Rusiyadakı səfirliyində müşavir vəzifəsində çalışıb. 1999-cu ildə Bakıda vəfat edib. Mükafatları[redaktə]
Ailəsi[redaktə]
Ədəbiyyat[redaktə]
İstinadlar[redaktə]
16 Kateqoriya:
|
Son əlavələr >