Son əlavələr‎ > ‎

Şəki ipək kombinatının mövcud durumu ilə bağlı müraciətimizə "Azərbaycan Sənaye Korporasiyası" ASC-də baxıldı və bizə cavab verildi

24 Tem 2018 11:15 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 24 Tem 2018 14:29 güncellendi ]
Şəki ipək kombinatının mövcud durumu ilə bağlı Prezident İlham Əliyev cənablarına 10 iyulda ünvanladığımız müraciətimizə 20 iyul tarixində "Azərbaycan Sənaye Korporasiyası" ASC-də baxılmış və bizə aşağıdakı cavab göndərilmişdir:

"İpəkçi" və "Şəkinin səsi"  qəzetlərinin 
baş redaktoru Aydın Məmmədova


Hörmətli Aydın Məmmədov

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsinə ünvanladığınız müraciətinizə aidiyyəti üzrə "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətində baxılmışdır.

Siz müraciətinizdə Şəki ipək kombinatının baramaaçan avadanlığının işləmədiyini və bunun nəticəsində 200-300 nəfər işçinin əmək haqqı almaması barədə məlumat vermisiniz.

Müraciətinizlə bağlı bildiririk ki, "Aqrarkredit"  Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların)  əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında)  olan əmlak, o cümlədən Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus  olmuş dövlət əmlakı "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə  verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 saylı Fərmanının icrası  "Şəki-İpək" ASC-yə münasibətdə təmin edilmiş,  "Şəki-İpək" ASC-nin əmlakları "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansına götürülmüşdür.

"Azərbaycan Sənaye Korporasiyası" ASC  ipəkçiliyin inkişafının sürətlənməsi və tam gücü ilə işləməsini təmin etmək məqsədi ilə ipək istehsalını Cəmiyyətin törəmə  müəssisəsi olan "Azəripək" Məhdud Məsuliyyətli Cəmiyyətinin vasitəsi ilə həyata keçirir.

Azərbaycan ipəkçiliyinin bərpası və gəlirliyinin artırılması istiqamətində hazırlanmış inkişaf planları mərhələli şəkildə həyata keçirilir.

Nəzərdə tutulmuş inkişaf planına əsasən ilkin olaraq "Azəripək" MMC tərəfindən 2018-ci ildə 520 ton yaş baramanın  tədarük olunması, istehsalat üçün yararlı 158 ton baramadan 53 ton xam ipək alınması nəzərdə tutulur. İstehsal olunan xam ipəyin həm ixrac olunması, həm də ölkə daxilində satılması nəzərdə tutulur. Həmçinin, dövlət tərəfindən turizm sektoruna göstərilən dəstək  nəzərə alınaraq, xam ipəkdən alınan 15 000 ədəd milli baş örtüyü güllü kələğayılar istehsal olunacaqdır.

Bundan əlavə bildiririk ki, ipəkçiliyin inkişaf etdirilməsi üçün ipək istehsalı müəssisələrinin müasir texnologiyalarla yenidən ququlması istiqamətində işlər görülür və bununla bağlı bir neçə xarici şirkətlərlə sazişlər bağlanılmışdır.

Qeyd edilənləri nəzərə alaraq  bildirilir ki, müraciətinizdə vurğuladığınız çatşımamazlıqların aradan qaldırılması istiqamətində işlər aparılır və yaxın gələcəkdə öz müsbət həllini tapacaqdır

Hörmətlə,  Kamran Nəbizadə, 
 "Azərbaycan Sənaye Korporasiyası" 
Açıq Səhmdar Cəmiyyətin  baş direktoru.