Son əlavələr‎ > ‎

Məmməd Əfəndiyev

4 Ağu 2020 15:35 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 10 Nis 2021 06:38 güncellendi ]

Məmməd Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
Məmməd Əfəndiyev
Əfəndiyev Məmməd Rəşid bəy oğlu
Məmməd Əfəndiyev
Məmməd Əfəndiyev, 1951-ci il.
Doğum tarixi5 oktyabr 1887
Doğum yeriNuxaNuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi1 iyun 1977 (89 yaşında)
Vəfat yeriBakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Milliyyətiazərbaycanlı
Elmi adıprofessor
AtasıRəşid bəy Əfəndiyev
Mükafatları"Lenin" ordeni "Qırmızı Əmək Bayrağı" ordeni "Qırmızı Əmək Bayrağı" ordeni "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı

Məmməd Əfəndiyev (1887–1977) — azərbaycanlı sovet riyaziyyatçı-pedaqoqu, professor, S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində fəaliyyət göstərmiş Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru. Tanınmış azərbaycanlı pedaqoq və yazıçı-dramaturq Rəşid bəy Əfəndiyevin oğludur.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

1887-ci ildə Nuxada anadan olub.

1908-ci ildə Tiflisdə gimnaziyanı bitirib.

1908 – 1913-cü illərdə Sank-Peterburq İmperator Universitetinin(ru) mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Məmməd bəy Əfəndiyev tələbə uniformasında, 1911-ci il.
Rəşid bəy Əfəndiyevin ailə üzvləri; soldan: 1) Mahtaban xanım, 2) Cəmilə xanım, 3) Məmməd Əfəndiyev, 4) Naimə xanım, 5) Maral xanım. Arxada: İzzət Nəbiyev.

1913 – 1915-ci illərdə Qori seminariyasında müəllim,

1915 – 1920-ci illərdə isə Nuxada şəhər gimnaziyasında əvvəl müəllim, sonra isə müdir işləyib.

1920-ci ildə Bakıya – N.Nərimanovun təşəbbüsü ilə Bakıda təşkil olunmuş birillik kurslarda dərs deməyə dəvət olunur; bu kurslarda orta məktəblər üçün müəllimlər hazırlanırdı.

1921 − 1926-cı illərdə Ali Pedaqoji Kişi İnstitutunun əvvəl fizika-riyaziyyat fakültəsinin dekanı, sonra isə direktoru olub.

1930 − 1936-cı illərdə Pedaqoji İnstitutun riyaziyyat kafedrasının müdiri,

1941-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi təhlil kafedrasının müdiri işləyib.

1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.

1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat edib.

1992-ci ildə Bakıda bir küçəyə onun adı verilib.

Elmi-pedaqoji fəaliyyəti[redaktə | əsas redaktə]

1933-cü ildə dosent,

1944-cü ildə professor elmi adını alıb.

Azərbaycan dilində terminologiya tərtib etmiş, Yaxın Şərqdə o vaxtadək istifadə edilməkdə olan riyazi işarə və formulları latınlaşdırmışdır. Bir sıra riyaziyyat dərsliklərinin, o cümlədən, “Sadə diferensial tənliklər” dərsliyinin (1950) müəllifidir.

1941 – 1956-cı illərdə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olub.

Təltif və mükafatları[redaktə | əsas redaktə]

Ədəbiyyat[redaktə | əsas redaktə]

  1. Məmmədov Ə.Xalıqov F. Əfəndiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 153-154. — 1.000 nüsx.
  2. ƏFƏNDİYEV Mәmmәd Rәşid oğlu // Azərbaycan Milli Ensiklopediyası  : [25 cilddə]. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. — VI  cild. — Səhifələrin sayı:  608. — Səh.: ?. — ISBN 978-9952-441-11-6.
Comments