Son əlavələr‎ > ‎

İlham Əliyev Nazirlər Kabinetinin 8 iyul iclasında prezident seçkisindən öncə "İpəkçi"nin də keçirdiyi rəy sorğularından da danışdı

10 Tem 2018 06:57 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 10 Tem 2018 13:41 güncellendi ]

İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Prezident İlham Əliyev  giriş nitqinin əvvəlində aprel ayında baş tutmuş prezident seçkisi haqqında bunları dedi:

"Seçkilərdən əvvəl keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş “exit-poll”lar rəsmi nəticələrlə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilərdə Azərbaycan xalqının iradəsi tam öz əksini tapmışdır. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir".

Məlumat üçün əlavə edək ki, seçkidən öncə rəy sorğusu keçirmiş bir-iki qurumdan biri də "İpəkçi" qəzeti olmuşdur. Yalnız "İpəkçi" qəzeti rəy sorğusunu açıq şəkildə keçirmişdir və biz seçkidən oncə İlham Əliyevin 85 %-dən çox səs toplayacağını elan etmişdik.