Son əlavələr‎ > ‎

Hikmət Ziya

21 Oca 2021 08:22 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 10 Nis 2021 06:57 güncellendi ]
Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
Hikmət Ziya
Əfəndiyev Hikmət Ziya oğlu
Hikmət Ziya
Hikmət Ziya
Doğum tarixi13 may 1929
Doğum yeriNuxaZaqatala-Şəki mahalıFlag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı2 avqust 1995 (66 yaşında)
Vəfat yeriBakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
VətəndaşlığıFlag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
TəhsiliS.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, jurnalistika şöbəsi (1947–1952)
Mükafatları"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1986

Hikmət Ziya (Əfəndiyev Hikmət Ziya oğlu; 1929–1995) — şair, tərcüməçi, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

13 may 1929-cu il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

Ağdam şəhərində 1 saylı orta məktəbi bitirib.

1947 – 1952-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1952 – 1969-cu illərdə “Azərbaycan pioneri” qəzetinin redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri,

1969 – 1984-cı illərdə “Göyərçin” jurnalının redaksiyasında poeziya şöbəsinin müdiri,

1984-cü ildə “Göyərçin” jurnalının redaksiyasında məsul katib vəzifəsində işləyib.

Ədəbi yaradıcılığı[redaktə | əsas redaktə]

1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə ədəbi yaradıcılığa başlayıb.

Sonra dövri-mətbuatda vaxtaşırı çıxış edib.

İlk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi” (1957), “Bahar gözəldir, ya qış?” (1959), “Milçək ürəyi” (1960) kitabları “Hikmət Əfəndiyev” adı ilə ilə çap olunub.

“Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulmuş, librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnib.

Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. O, özü də bədii tərcümə ilə məşğul olub, başqa dillərdəki bədii ədəbiyyatı azərbaycan dilinə tərcümə edib. “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin üzvü olub.

Kitabları[redaktə | əsas redaktə]

Göstər
Kitabları

Tərcümələri[redaktə | əsas redaktə]

  1. İ.A.Krılov. Təmsillər. Bakı: Gənclik, 1982, 80 səh. (ruscadan)

Filmoqrafiya[redaktə | əsas redaktə]

  1. Əli Bayramlı (film, 1971)(I)
  2. Azərbaycan qadını (film, 1974)
  3. Qərib cinlər diyarında (film, 1977)
  4. Dəcəl dovşan (film, 1981)

Təltif və mükafatları[redaktə | əsas redaktə]

  1. “Qabaqcıl maarif xadimi” nişanı (1978).
  2. Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1988).
  3. Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi fəxri adı (1986).

Ailəsi[redaktə | əsas redaktə]

Babası Abdulla bəy Əfəndizadə pedaqoq idi və Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olmuşdur (görkəmli Azərbaycan maarifçisi Rəşid bəy Əfəndiyevin qardaşıdır).

Atası Ziya Əfəndiyev də pedaqoq olmuş, Nuxa, Zaqatala və Ağdamda müəllim işləyib.

Nəvəsi Ceyhun Əfəndi iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir.

Vəfatı[redaktə | əsas redaktə]

2 avqust 1995-ci il tarixdə – 66 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[redaktə | əsas redaktə]

  1. Məmmədov Ə.Xalıqov F. Əfəndiyev Hikmət Ziya oğlu (Hikmət Ziya) // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 163 – 166. — 1.000 nüsx.
  2. Abdullayeva S. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu // 525-ci qəzet. — Bakı, 2015. — В. 16 aprel. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 mart 2018.
  3. "Hikmət Ziya"http://portal.azertag.az/ (azərb.). Uşaq Bilik Portalı (AZƏRTAC). 22.02.2019. 08.08.2019 tarixində arxivləşdirilib.
✰
© 2019 – 2021 Şəki Ensiklopediyası
Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.
Comments