Şəki Ensiklopediyası səhifəsi
Əsgər Xəlilov — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı; 1992-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında xidmət etmiş, 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini olmuşdur. Haqqında məlumatlar[redaktə | əsas redaktə]1955-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olub. Təhsili[redaktə | əsas redaktə]1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbini bitirib. 1972 – 1976-cı illərdə Moskva Ali Sərhədçilər Məktəbində, 1978 – 1980-ci illərdə isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində (Moskva) təhsil alıb. Xidməti fəaliyyəti[redaktə | əsas redaktə]1976-cı ildə SSRİ sərhəd zastavasında xidmətə başlayıb, sonra isə Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirib. 1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub. 1988 – 1992-ci illərdə Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi vəzifəsində çalışıb. 1992 – 2009-cu illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında müxtəlif vəzifələr tutub. 2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub. 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini olub. 27 fevral 2020-ci il hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb. Hərbi rütbəsi[redaktə | əsas redaktə]
Təltif və mükafatları[redaktə | əsas redaktə]Ümumilikdə Azərbaycan Respublikası və MDB ölkələrinin 36 orden və medalı ilə təltif olunub. O cümlədən,
Ədəbiyyat[redaktə | əsas redaktə]
|
Son əlavələr >