Son əlavələr‎ > ‎

Bir neçə gün Ankarada - Beynəlxalq Çubuk simpoziumunda (8-11 oktyabr, 2015)

11 Eki 2015 02:00 tarihinde Aydin Mammadov tarafından yayınlandı   [ 4 Oca 2018 09:52 tarihinde Aydin Salis tarafından güncellendi ]

Şəki Türk dünyasının paytaxtı ola bilər

Tədbir əslində sentyabr ayı üçün planlaşdırılmışdı və festifal olaraq keçirilməli idi. Lakin Türkiyədə sabitliyin pozulması səbəbindən 1 ay gecikdi və simpozium kimi keçirildi. Tədbirin təşkilatçıları Çubuk bələdiyyəsi və İldırım Bəyazid Universiteti idi.

Məndən başqa, Türkiyə xaricindən Qazaxıstandan fəlsəfə elmləri doktoru Baxıtjan Saterşinov və şair Kadırbek Kunıpiaoğlu, Qırğızıstandan isə xalq yazıçısı Melis Abakirov simpoziuma qatılmışdır. Hələ simoziumun başlamasına qədər, 8 oktyabrda,  Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TürKSOY-un) baş katibi professor Düsen Kaseinov dördümüzü də təşkilatın Ankaradakı iqamətgahına dəvət etdi. İsti söhbət əsnasında mənə məlumat verildi ki, təşkilatın noyabrda keçiriləcək yığıncağında Şəki şəhərinin Türk dünyasının mədəni paytaxtı elan edilməsi məsələsinə baxılacaqdır. Şəkinin rəqibi Ufadır. Başqa sözlə, ya Ufa, ya da Şəki şəhəri türk dünyasının mədəni paytaxtı olmalıdır. Amma Şəkinin paytaxt olma şansı daha çoxdur...


Şəkildə: A.Məmmədov,  K.Kunıpiaoğlu, D.Kaseinov, B.Saterşinov...

TürKSOY-da (foto-albom)


Beynəlxalq Çubuk simpoziumu və Ankarada partlayış

Sabahısı günü, Çubuk şəhər müzeyində 
simpoziuma start verildi. Daha sonra isə simpozium İldırım Bəyazid universitetində davam etdirildi. Bu zaman xəbər aldıq ki, Ankarada partlayış törədilmiş, ilkin məlumata görə 36 nəfər həlak olmuş və xeyli yaralananlar var. 

Simpoziumda çıxışlar ‎‎‎‎‎‎(ixtisarlarla)‎‎‎‎‎‎


İldırım Bəyazid Universiteti, Simpozium ‎(foto-albom)‎



1402-ci ildə İldırım Bəyazidlə Əmir Teymur arasında vaqe olmuş  Ankara döyüşün baş verdiyi yerlərdə gəzinti

Simpozium oktyabın 10-u, günortaya qədər davam etdi, nahardan sonra məşhur Ankara döyüşünün baş verdiyi ərazilərə gəzintiyə çıxdıq.

Çubuk - Qaragöl (foto-albom)


Aydın Məmmədov

Həmçinin, bax: Bütün Yönleriyle Çubuk Ve Çevresi Uluslararası Sempozyumu Yapıldı