Son əlavələr‎ > ‎

Svetafor və piyada keçidi məsələsi həll edilmədi ki, edilmədi... Əvəzində isə bu gün yenə ağır qəza baş verdi!

9 Ara 2013 21:02 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
    Daha əvvəl məlumat verdiyimiz kimi, Sabunçu rayonundakı 6-cı mədən deyilən yaşayış massivinin sakinlərinin xahişi ilə magistral yolda svetafor qoyulması və yola piyada keçidi zolağı çəkilməsi üçün aidiyyəti olan orqanlara məktubla müraciət etmişdik. (Bax:>>) Məktubda həmin yerdə svetaforun və piyada keçidi zolağı nın olmaması səbəbi ilə baş verən trafik qəzalarında onlarla adamın həlak olmasını göstərsək də, aidiyyəti olan orqanları heç tükü də tərpənmədi, yalnız cavab verdilər ki 300 metr qabaqda keçid və svetafor var?!
   
Dünən Nəqliyyat nazirliyindən də belə bir məktub aldıq, yəni onlar da müraciətimizi başdan elədi.  Dərhal e-məktubla belə bir cavab yazdıq: 

Cavaba görə təşəkkürlər. Amma bu axı həm də sizin işinizdir?! 105 saylı marşrut sizin deyilmi? Bu 105-lər həmin yerdə dönə bilmirlər axı?! Siz niyə Abid Şərifova müraciət etmirsiniz? Üstəlik sizin də heç olmasa bir nümayəndəniz həmin komissiyanın üzvüdür?! 

       Bu gün səhər məlumat aldıq ki, həmin yerdə yenə ağır qəza baş verib!
   Yeri gəlmişkən, Xəzər TV-yə də bu barədə müraciət etmişdik, amma onlar başqa şey göstərdilər, guya Binəqədi rayonu sakinlərindən kimsə yola keçid zolağı qoyulması üçün Dövlət Yol Polisinə məktubla müraciət etmiş və Dövlət Yol polisi həmin vətəndaşın müraciətini müsbət qarşılayaraq yola 4 piyada keçidi zolağı çəkmişdir?!