Son əlavələr‎ > ‎

Özbəkistan prezidenti «Özbəkipəksənaət» assosiasiyasını gömrük rüsumlarından azad etdi

15 Oca 2018 16:23 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 25 Oca 2018 03:13 güncellendi ]
2017-ci ildə Özbəkistanda Azərbaycandan 50 dəfə çox - 12 min 450 ton barama tədarük olunmuşdur. 

Bununla yanaşı Özbəkistan prezidenti 2018–2021-ci illərdə barama, ipək və ipək parça istehsalını dəfələrlə artırılması üçün 12.01.2018-ci il tarixdə «Respublikada ipəkçiliyin gələcək inkişaf tədbirləri haqqında» fərman imzalamışdır. Fərmanda «Özbəkipəksənaət» assosiasiyası ipək istehsalında istifadə edilən, amma Özbəkistanda istehsalı olmayan texnika və avadanlıqların, xam və hazır malların ölkəyə gətirilməsi üçün 2023-cü ilə qədər gömrük rüsumundan (gömrük rəsmiləşdirilməsi haqları istisna olmaqla) azad edilmişdir.