Son əlavələr‎ > ‎

Nar dənəsindən ölüm, ya həkimlərin səriştəsizliyi?

21 Eki 2015 09:24 tarihinde Aydin Mammadov tarafından yayınlandı
Zaqatalada məsuliyyətsizlik bir körpənin həyatına son qoyub. 7 aylıq Ruqiyyə Məmmədovanın yemək istədiyi nar dənəsi onun tənəffüs borusuna düşüb. Bunu görən valideyinləri Ruqiyyəni dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq burada həkimlər körpəyə kömək edə bilməyəcəklərini və onun Şəki RMX-a aparılmasını tövsiyyə ediblər. Çarəsiz qalan valideynlər körpəni Şəkiyə aparıblar. Ancaq Şəkidə də həkimlər uşağı xilas edə bilməyib və onun təcili Bakıya aparılmasını tövsiyyə ediblər. Valideynləri həyatla ölüm arasında çarpışan körpəni paytaxta aparmaq üçün yola çıxıblar. Ancaq o yolda dünyasını dəyişib. 7 aylıq Ruqiyyə Məmmədova bu gün doğulduğu Qımır kəndində torpağa tapşırılıb.