Son əlavələr‎ > ‎

Azərbaycanda ipək istehsalı dayandırılıb

20 Eki 2015 07:03 tarihinde Aydin Mammadov tarafından yayınlandı
14 avqustda “Şəki İpək” ASC ipək kombinatında istehsalat tamamilə dayanıb. Dünəndən müəssisənin bütün işçiləri (600 nəfərə yaxın adam) ödənilməyən məzuniyyətə göndərilib. Bundan öncə işçilərə yalnız may ayının əməkhaqqısı verilib. Bu barədə müəssisənin işçiləri bildiriblər. Onlar ASC-nin fəaliyyətinin nə zaman bərpa olunacağını bilmirlər. Kombinat çoxdandır ki, ipək istehsal etmir, yalnız pambıq məhsullar buraxır ki, bu da Rusiya və Türkiyəyə ixrac edilir. İstehsal həcmi azalıb. Kombinat rəhbərliyindən və İqtisadi İnkişaf Nazirliyindən şərh almaq mümkün olmayıb. Qeyri-rəsmi məlumatlara görə, “Şəki İpək” ASC Azərbaycan Beynəlxalq Bankı SC-nin borclularından biridir .(contact.az) Ötən əsrin 70-80-cı illərində Azərbaycanın ipək sənayesində 14 mindən artıq işçi çalışırdı ki, onlardan 7 min nəfəri “Şəki İpək” kombinatında çalışırdı. 2005-ci ildə müəssisə özəlləşməyə çıxarılıb və “Pərvanə” şirkəti ipəkçiliyi inkişaf etdirmək məqsədi ilə “Şəki İpək”in səhmlərini alıb. Müəssisənin sexləri yenidən qurulub, xeyli sərmayə qoyulub, yeni avadanlıqlar alınıb, işçilərin sosial təminatı gücləndirilib. Yenidənqurmadan sonra əmək məhsuldarlığı 6-7 dəfə, istehsal gücü 2,5 dəfə artıb.    Həmin il illik gücü 1740 ton olan əyirici sex işə salınıb. İsveçrədən dəyəri 1 milyon 380 min avro olan avadanlıq gəririlib. Nəticədə 2008-ci ildə işçilərin sayı 1500 nəfərə çatıb. ( anl.az) Bu sürətlə inkişaf edən müəssisə doğrudanmı, öz işini dayandırıb..? Bu məqsədlə Şəki İH başçısının köməkçisi Ziya Vəliyevə müraciət etdik. O, Qafqaz Xəbər Agentliyinə bildirdi ki, contact.az-da yazılanlar həqiqətə uyğun deyil. Şəki İpək”in keçmiş rəhbərlərindən biri Şahin Əizizovun sözlərinə görə, bir neçə ildir ki, kəndlilər müəssisəyə xammal vermirlər: “ Biz ipək istehsalı üçün xammalı Özbəkistandan alırdıq. Artıq ipək üçün xammal alışı və istehsal dayandırılıb”. Şəkidə nəşr olunan “İpəkçi” qəzetinin baş redaktoru Aydın Məmmədov isə contact.az-ın yaydığı informasiyanı təsdiq elədi: “ Şəki-İpək-in işçilərini çoxu öz hesablarına məzuniyyətə göndərilib”. Məmmədovun sözlərinə görə, bizdə ipək xammalı hazırlamaq üçün şərait yoxdur və əvvəl xammal Özbəkistandan və Çindən gətirilirdi, hazırda bunun üçün pul yoxdur. Müxbirimizin “ Nə üçün?” sualına baş redaktor belə cavab verib: “ Əvvəl kombinatı Azərbaycan Beynəlxalq Bankı maliyyələşdirirdi. Hazırda müəssisə ipək istehsal etmir. Pambığın təkrar emalı ilə məşğuldur. Əvvəl kombinatda 7 min işçi çalışırdı, hazırda təxminən 100 nəfər içi var. Hətta kombinata pambıq parça istehsal etməyə də icazə vermirlər”. 17 may 2015-ci ildə krediti qaytarmadığı üçün Səki İpək Aqro-nun icraçı direktoru Cavid Muxtarov “Bandotdel” tərəfindən həbs olundu. DİN-in yaydığı məlumata görə, Riyad-Farm şirkətinin sahibi  Həsən Şərifov  və şirkətin icraçı direktoru Aqil Quliyev də həbs olunub. Biznesmenlər Azərbaycan Beynəlxalq Bankına olan 200 milyon dollar kredit borclarına görə ittiham olunurlar. (еcho.az)

Rəşad Rüstəmov

 “Qafqaznews”