Şikayətçi qeyd edir ki, A. Şükürov qardaşı oğlu Ramin
Şükürova himayədarlıq edərək Rusiya Federasiyasının Dağıstan Muxtar
Respublikasından saxta diplom alıb. Şamaxı rayon sakini Ramil Cəlilov şikayət məktubunda əvvəllər
Şamaxı rayon Qaz İdarəsində işləmiş, hazırda isə Şəki Regional Qaza Nəzarət
İdarəsinin rəisi Akif Şükürov barədə maraqlı məlumatlardan bəhs edir. O,
bildirilir ki, Akif Şükürov fəaliyyəti dayandırılmış ABU – nun keçmiş rektoru
Elşad Abdullayevin vasitəsilə saxta diploma yiyələnib. Guya o, əvvəl Moskva
filialına qəbul olunmuş, sonradan isə Bakı şəhərində yerləşən ABU – ya
köçürülmüşdür. ABU bağlandıqdan sonra, onun keçmiş rektoru Elşad Abdullayevin
qardaşı Elbrus adlı şəxsin köməyi ilə “Odlar Yurdu” universitetinin neft və qaz
istismarı fakültəsinə göndərilib. Bunun müqabilində qeyri-qanuni əməliyyata
görə A.Şükürov Elbrusa 20.000 manat rüşvət verib. Şikayətçi bildirir ki, Akif Şükürov 3 ilə yaxın Şamaxı rayon
Qaz İdarəsində orta təhsil ilə müxtəlif vəzifələrdə çalışıb. Həmin idarədə işdə
yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək
Qanunvericiliyinin 70 – ci maddəsinin “C ” bəndinə əsasən tutduğu vəzifədən
azad olunub: ” O, vəzifəsindən azad olunduğu dövrdə Moskva şəhərində kommersiya
işi ilə məşğul idi. Təxminən bir ildən sonra Akif Şükürov Şamaxıya qayıdır və
saxta yolla əmək kitabçasına başqa bir müəssisədə işləməyi barədə əmrlər
yazdırıb. Sonuncu iş yerindən isə Azərbaycan Respublikasının Əmək
Qanunvericiliyinin 70-ci maddəsinin “C ” bəndinə əsasən tutduğu vəzifədən azad
olunmağı barədə vərəqəni cıraraq, saxta yolla
“öz ərizəsinə görə işdən azad olunduğu” barədə qeydlər əlavə edib. Əmək kitabçasındakı
həmin saxta əmrə vurulan möhür və idarə müdirinin adı, soyadı və imzası isə
tam fərqlidir, başqa adamın adı yazılıb. Bax o, bu yolla cinayət törədərək Şəki
Regional Qaza Nəzarət İdarəsinə rəis təyin olunub. Acınacaqlı haldır ki, bu
adam latın hərflərini tanımır. Guya oxuduğu universitetdə və hazırda rəhbərlik
etdiyi idarədə onun yerinə görəsən sənədləri kim tənzimləyir? Onu hansı meyarla
bu vəzifəyə təyin ediblər? Axı, Dövlət Qulluğu Əsasnaməsinə görə dövlət
qulluğunda çalışmaq istəyən hər bir vətəndaş rəsmi dövlət attestasiyasından
keçməlidir? Sual olunur, öz tərcümeyi-halını və adını belə yaza bilməyən bir
adam mühüm bir vəzifəyə necə yiyələnib? ” Şikayətçi qeyd edir ki, A.Şükürov dövlət məmuru olduğu halda
sahibkarlıqla da məşğuldur. Təkcə Şamaxı şəhərində onun kommersiya obyektləri,
müxtəlif çeşidli mağazaları, o cümlədən mal-qara ferması var. Hətta
sahibkarlığa yardım fondundan 135.000 manat pulu maldarlığın inkişafı adı
altında kredit götürüb və həmin krediti də aidiyyəti üzrə yox öz şəxsi ticarət
obyektlərinə yönəldib. Şikayətçi qeyd edir ki, A.Şükürov qardaşı oğlu Ramin Şükürova
himayədarlıq edərək Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasından
saxta diplom alıb. Hazırda Ramin Şükürov həmin diplomla Azərbaycan Respublikası
Müdafiə Nazirliyində hərbi polis zabitidir. İndi sözümüz Azərbaycan Respublikası Dövlət Qaza Nəzarət
İdarəsinin rəisi Asif Zeynalov və Respublika Energetika Nazirliyinin kadrlar və
sosial siyasət şöbəsinin müdiri İftixar Hüseynov cənablarınadır: Necə olub ki, Azərbaycan Respublikasının Əmək
Qanunvericiliyinin 70-ci maddəsinin “C ” bəndinə əsasən işdən çıxarılmış, ali
təhsili olmayan, latın qrafikası ilə öz tərcümeyi-halını və adını belə yaza
bilməyən, rəsmi dövlət attestasiyasından keçməyən Akif Şükürov mühüm bir posta
rəhbər təyin olunub? Əli Rza Muxtar |
Son əlavələr >