Azərbaycan Demokrat
Partiyasının fəal üzvü olan Xudaverdiyev Rasimin polis tərəfindən axtarılması
barədə redaksiyamıza məlumat daxil olmuşdur.
Belə ki 22 yanvar tarixində Rasim Xudaverdiyevin yaşadığı evə
iki polis işçisi gələrək Rasim Xudaverdiyevi soruşmuşlar. Rasim Xudaverdiyevin
evdə olmadığını öyrənən polis əməkdaşları bundan hiddətlənərək onun atası Yunus
Xudaverdiyevi məcburi şəkildə polisə aparmışlar və oğlunun harada olması ilə
bağlı onu sorğu sual etmişlər.
Məlumat üçün bildirək ki,
Rasim Xudaverdiyev ADP-ın fəal üzvüdür və
keçirilən bir çox aksiyalarda fəal iştirak etmişdir. Əsasən mətbuatda tənqidi
yazıları ilə tanınan Rasim Xudaverdiyev bundan qabaq da iştirak etdiyi aksiyalara
görə dəfələrlə təzyiqlərə məruz qalmış və bir necə dəfə heç bir səbəb olmadan həbs
olunmuşdur.
Sonuncu dəfə Qarabağ qazisi
Zaur Həsənovun özünü yandırmasından sonra
Fəvvarələr meydanında keçirilən aksiyadan öncə aksiyaya çağırış vərəqələri
payladığına görə 3 gün səbəbsiz olaraq həbs olunan Rasim Xudaverdiyev həmdə 300
AZN məbləğində cərimə olmuşdur.
Bundan sonra Rasim Xudaverdiyevə təzyiqlər daha da artmışdır.
Redaksiyamıza məlumat verən
Rasim bəyin qardaşı Asim Xudaverdiyev onu bildirmişdir ki son vaxtlar onun
qardaşına naməlum şəxslər tərəfindən təzyiqlər
olunur: "Mənim qardaşıma neçə vaxtdır siyasi mənsubiyyətinə görə, təzyiqlər
həmişə olub. Lakin sonuncu, 29 dekabr aksiyasından sonra qardaşıma qarşı təzyiqlər daha da güclənib. Tanımadığımız
şəxslər gizli nömrədən Rasim bəyin telefonuna
zəng vuraraq onu hədələyirlər. Rasim bəy neçə dəfə belə şəxslər tərəfindən
artıq xəbərdarlıq alıb ki, bir daha aksiyalara qatılmasın. Əks halda onu həbs
edəcəklər. Yaşadığımız ünvan isə daima nəzarətdə olub. Təbii ki, Rasim
Xudaverdiyevin və başqa müxalifətçilərin bu gün təqib olunmasında əsas məqsəd həm
onların, həm də hakimiyyətin yarıtmaz fəaliyyətindən ciddi şəkildə narazı olan əhalinin
gözünü qorxutmaq, insanları öz hüquqları uğrunda mübarizə aparmaqdan çəkindirməkdir.
Belə şəxslərin isə Azərbaycanda rahat yaşaması
artıq problemə çevrilib.
|