Son əlavələr‎ > ‎

Qarabağ qazisinin özünü yandırması ilə bağlı iki gün əvvəl Bakıda təşkil olunmuş etiraz aksiyasında saxlanılmış ADP partiyasının 3 üzvü bu gün azadlığa buraxılıb

1 Oca 2014 06:11 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   
    Azərbaycan Demokrat partiyasının mətbuat xidmətindən verilən məlumata görə, məlum aksiya zamanı Azərbaycan Demokrat Partiyasının fəal üzvləri olan Rasim Xudaverdiyev Rübail Əliyev və Gülnarə Babayeva da polis tərəfindən tutularaq naməlum istiqamətə aparmışdılar.
    Belə ki ADP fəalları Qarabağ qazisinin 25 dekabr 2013-cü il tarixində  özünü yandıraraq intihar etməsinə etiraz olaraq, şəhərin müxtəlif istiqamətində, insanların gediş və gəlişin sıx olduğu ərazilərdə, Zaur Həsənovun intihar etməsi və günahkarların cəzalanması məqsədi ilə bukletlər palayırdılar...  Hadisə şahidi olan digər ADP-çi xanim Sevda Məmmədovanın verdiyi məlumata görə, bu zaman post patrul xidməti maşınından düşən polis işcilləri onların üstünə hücum etməyə başlayıblar. Sevda xanımın bildirdiyinə görə ətrafdakı insanların müdaxiləsinə baxmayaraq partiya yoldaşları olan Rasim Xudaverdiyevi, Rübail Əliyevi və Gülnarə Babayevanı zorakılıqla polis maşınına mindirərək polis idarəsinə aparmışlar. Partiyadan onu da bildirdilər ki hər üç ADP-çi partiyanın fəal üzvləridir, göstərdikləri siyasi fəaliyyətə görə daha əvvəl də həbs və təqiblərə üzləşmişdilər.
    Azadlığa buraxılanlardan Rasim Xudaverdiyev redaksiyamıza bildirdi ki, onların hər birini 300 manat məbləğində cərimələyiblər.