Son əlavələr‎ > ‎

Azərbaycanda builki barama mövsümündə 60-85 ton yaş barama yetişdirilməsi planlaşdırılır...

27 Nis 2016 10:05 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 27 Nis 2016 10:09 güncellendi ]
          Qurd toxumu İrandan gətirilib. Çindən də toxum gətirilməsi nəzərdə tutulmuşdur.  Toxum mayın ilk həftəsində  baramaçılıq ənənələri olan rayonların əhalisinə paylanılacaq. “Şəki-İpək” ASC-nin baş müəssisəsindəki baramaaçan istehsalatında son illər istifadəsiz qalmış avadanlıqlar da işlək vəziyyətə gətirilir. Baramaçılıq ənənələri olan bütün rayonların İcra hakimiyyətlərinə barama yetişdirilməsinə təşkilati köməklik etmək və rəhbərlik etmək tapşırılmışdır.  Yaş baramanın əhalidən satınalma qiyməti isə 8 manat məbləğində müəyyənləşdirilib.

Lakin baramaçılıq sahəsində illərlə davam etmiş tənəzzül dövründən sonra inzibati metodlarla bu sahənin bərpa edilə biləcəyi və birdən-birə yaş barama istehsalını  1 tondan 60-85 tona çatdırılacağı Məlikməmməd nağılına bənzər bir şey kimi görünməkdədir. Yaxın keçmişin təcrübəsindən məlumdur ki, əhalini zorla barama yetişdirməyə məcbur etmək doğru  yol deyil. Kümdarlar üzdən keçə bilməyib toxumu götürürə, sonra isə zibbilliyə atıb iddia edə bilərlər ki, qurd xəstəlikdən tələf oldu və s. Bundan başqa rəsmən nəzərdə tutulan  60-85 ton yaş barama əldə edilsə belə, bu cəmi 20-25 ton quru barama deməkdir və “Şəki-İpək” ASC-nin 300 nəfər işçisi olan baramaaçan istehsalatının işə düşməsi üçün kifayət deyil. Başqa sözlə bu çəkidə barama baramaaçan istehsalatının heç 1 həftə işləməsinə də kifayət etmir.

Bunlara baxmayaraq baramaçılığın bərpasına dövlət dəstəyi alqışlanmalıdır. Biz bunu ilk addım kimi müsbət qiymətləndiririk. Dövlətdən növbəti addımlar olaraq isə “Şəki-İpək” ASC-nin özəlləşməsinin ləğv edilməsini, toxuculuq və ipəkçilik sənayesi üzrə mütəxəssislərin  yenidən istehsalata cəlb olunmasını və yenilərinin hazırlanmasını, süni ipək saplardan parça toxunulmasını  (hansı ki sovet dövründə müəssisədə istehsal edilən parçanın 70 faizini təşkil edirdi), pambıq parça istehsalına qoyulan qadağanın aradan qaldırılmasını gözləyirik.  


Aydın Məmmədov