Son əlavələr‎ > ‎

Bakıda dünən özünü yandırmış Arzu Ələkbərovun da səhhəti ağır olaraq qalır...

29 Ara 2013 01:15 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

 
   Ötən gün axşam saatlarında Suraxanı rayonu ərazisində özünü yandıran 47 yaşlı Ələkbərov Arzu Sultan oğlunun vəziyyəti ağır olaraq qalır. 5 saylı xəstəxananın baş reanimatoloqu Salahov Vurğunun ANS PRESS-ə verdiyi məlumata görə, A.Ələkbərov 3-cü dərəcəli yanıq xəsarətləri alıb. 


    Onun sözlərinə görə xəstə hal-hazırda huşsuz vəziyyətdədir: “Xəstənin yanıq sağıları dəyişdirilir. Ona, şok əleyhinə intensiv terapiya tətbiq olunur”. 

    Qeyd edək ki, ötən gün Ələkbərov Arzunun “Xalqlar dostluğu” stansiyasından Günəşliyə gedən yolun üzərində, “İnterpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında üstünə benzin tökərək özünü yandırıb.

Mənbə: ANS >>

Əlavə olaraq bax: Bakıda daha bir kişi üstünə benzin töküb özünü yandırdı