Son əlavələr‎ > ‎

İntihar etmiş Qarabağ qazisinin dəfn mərasimi ümumxalq mitinqinə çevrilir!!!

28 Ara 2013 13:00 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
Bəli, siyasi-analitiklər yox, biz bəyan etdik ki, Qarabağ qazisinin dəfn mərasimi ümumxalq mitinqinə çevrilir, siyasətçilər isə bunu ya görmədilər, ya da görüb deməyə cəsarət etmədilər...




“Azadlıq”ın əməkdaşının verdiyi məlumata görə artıq Qarabağ qaziləri Göy Məscidin qarşısına toplaşıblar. İctimai fəallar da məscidin önünə gəlməkdədirlər. Məscidin qarşısına polislər cəlb olunub. Qarabağ qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov bildirib ki, Zaur Həsənovun nəşi yaşadığı Lökbatan qəsəbəsinə aparılır. Sabah saat 14.30-da Zaur Həsənov Bibiheybətdə dəfn olunacaq.

 

Vəkil Aslan İsmayılov bildirib ki, konkret cinayət hadisəsi baş verib və bu hadisədə təqsiri olanların cəzalandırılması tələb olunmalıdır.

 

Qeyd edək ki, Həmkarlar İttifaqının sədri, deputat Səttar Mehbalıyevin onun əmlakını əlindən alınmasına etiraz olaraq özünü yandıran Zaur Həsənov süni nəfəs aparatına qoşulmuşdu. Bir neçə dəqiqə bundan öncə 5 saylı xəstəxanada dünyasını dəyişib. Hazırda mərhum cənazəsi Göy Məscidə aparılıb.

 

Z.Həsənovun ölüm xəbəri yayılandan sonra xəstəxanaya gedən jurnalistlərə bir müddət bu barədə məlumat verilməyib. Təxminən bir saat ölüm faktı açıqlanmayıb, hətta Səhiyyə Nazirliyi məlumatı təkzib edib.


Şəhidin - haqsızlığa etiraz etmək üçün özünü yandırmış Zaur Həsənovun, cənazəsi evinə gətirilərkən (video)





Hüquqşünas Aslan İsmayilov: bu gün ölkədə matəm elan olunmalı...



Bu gün ləyaqətimizin tapdalanmasına etiraz edən Qarabağ qazisi Zaur Həsənovun dəfnidir.


Əgər bu hakimiyyətin Azərbaycan xalqının ləyaqətinə hörməti, xalqın isə ləyaqətini qoruyacaq qüruru varsa bu gün ölkədə matəm elan olunmalı, Zaur Həsənovun faciəsində əli olan bütün günahkarlar, birinci növbədə Səttar Mehbalıyev cinayət məsuliyyətinə cəlb edilməli, ona bu özbaşınalıqlarında havadarlıq edən qudası Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və qanunsuz məhkəmə qərarlarının alınmasında yardımçısı olan Ali Məhkəmənin sədri Ramiz Rzayev ən azı vəzifələrindən azad olunmalıdırlar.


Ancaq əvvəl torpaqları, sonra milli ləyaqəti uğrunda mübarizə aparıb həlak olan oğlunun fədakarlığına, faciəsinə dəyər verə bilən xalq – XALQ ola və 31 dekabrda Azərbaycanlıların Milli Həmrəylik gününü qeyd etməyi haqq edə bilər!





Fəvvarələr Meydanında mitinq təyin olundu

Həmkarlar İttifaqının sədri Səttar Mehbaliyevin süründürməçiliyi ucbatından özünü yandıran Qarabağ qazisi Zaur Həsənova görə Facebook sosial şəbəkəsində event yaradılıb. "Hamı Meydana"  adlı eventdə  xalq  bu gün saat 16:00-da  Fəvvarələr Meydanına mitinqə çağırılır. 
"Bildiyiniz kimi Qarabağ qazisi bu gün axşam saatların da, dünyasını dəyişdi. Sabah hami saat 16:00 da Fəvvarələr meydanına.

 

Mənbə: Avropa.info>>