Son əlavələr‎ > ‎

Bakıda daha bir kişi üstünə benzin töküb özünü yandırdı

28 Ara 2013 06:46 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

    

      Bu gün Bakıda 46 yaşlı kişi özünü yandırıb. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində, metronun “Xalqlar dostluğu” stansiyasından Günəşliyə gedən yolun üzərində, “İnterpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında 40-50 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb.

      İntihara cəhd edən şəxs 1967-ci il təvəllüdlü Ələkbərov Arzu Sultan oğludur. O 5 saylı şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

     Qeyd edək ki, 3 gün əvvəl Bakının mərkəzində Qarabağ əlili də özünü yandırmışdı.
Mənbə: Lent.az>>