Az. KP MK-nın növbəti plenumu

15 Ara 2013 12:48 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

   15 dekabr tarixdə Z.Tağıyev adına kombinatın Mədəniyyət evində Az. KP MK-nın növbəti plenumu keçirildi. Partiyadaxili məsələlərin müzakirəsindən və bu mövzuda çıxışlardan sonra, 50 ildən artıq Kommunist Partiyası üzvü olmuş bir neçə partiya üzvünə Sov.İKP MK adından  "50 il Sov.KP-də" fəxri döş nişanları,  1 nəfər aktiv partiya üzvünə isə yenə də Sov.İKP MK adından "Lenin ordeni"  təqdim edildi. Orden və nişanları, mükafatlandırılan şəxslərin  yaxasından şəxsən  partiya sədri Telman Nurullayev  asdı.

    Plenumda partiyanın saytının yaradılması və "Kommunist" qəzetinin nəşrinin bərpa edilməsi qərara alındı. Məlumat üçün əlavə edək ki, bu ilin sentyabrında "Kommunist" qəzetinin baş redaktoru Fikrət Əzizovun trafik qəzasında həlak olmasından sonra  qəzetin nəşri dayanmışdı. 

Az.KP MK-nın plenimu, 15.12.13


AKP MK MƏTBUAT XİDMƏTİNDƏN

    Bu gün 15 dekabr 2013-cü il tarixində, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti Plenumu keçirilmiçdir. Plenumda aşağıdakı məsələlər müzakirə olunmuşdur: 

    1. AKP MK –nın 29 sentyabr 2013-cü il tarixli Plenumunun, 7-8 noyabr 2013-cü ildə Lissabonda keçirilmiş 15-ci Beynəlxalq kommunist hərəkatı forumunun yekunlar və qarşıda duran vəzifələr barədə  ( məruzəçilər: AKP MK 1 katibi T.Nurullayev, AKP MK katibi R.Həsənov)
    2.Sov. İKP MK-nın 2013-cü il 07 dekabr tarixli Plenumunun yekunları və qarşıda duran vəzifələr barədə.məruzəçi- AKP MK 1 katibi T.Nurullayev
    3. AKP üzvlərinin təltif olunması barədə.
    Plenumun işində Mütərəqqi Sosialist Partiyasından R.Sahsuvarov, F.Qasımov, AKP MİK –dən G.Məsimova , V.Vəliyev, Sol Qırmızı Gənclər Birliyindən nümayən-dələr, “İPƏKÇİ” qəzetinin Baş redaktoru A.Məmmədov da iştirak etmişdir. 
     Müzakirə olunan məsələlər ətrafında 13 nəfər müzakirələrdə çıxış etmişdir.
AKP MK Plenumunda AKP MK üzvü Leyli Sarıyeva və AKP NTK üzvü Rəcəb Xanlarov Sov. İKP MK-nın qərarı ilə Partiyanın ali mükafatı olan “LENİN ” ordeni ilə təltif olunmuşlar. Həmçinin Partiya sıralarında 50 illyi ilə əlaqədar, veteran kommunistlərə Həsənov Hüseyn və Xanlarov Rəcəbə “50 il”döş nişanı təqdim olunmuşdur.
Bir qrup partiya fəalları AKP MK-nın “FƏXRİ FƏRMAN”-i ilə təltif olunmuşlar.