Son əlavələr‎ > ‎

Şəkinin Web Ensiklopediyası istifadəyə verildi

3 Ara 2013 10:39 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   
 

"Sheki Palace" otelində keçirilən təqdimat mərasimində Şəkinin sosial-ictimai həyatında fəal iştirak edən şəxslər və təşkilatlar, o cümlədən dövlət qurumlarının nümayəndələri iştirak edib. Aparıcılığını televiziya və radio aparıcısı Murad Həşimovun etdiyi tədbirdə web ensiklopediyanın necə araya-ərsəyə gəldiyi xüsusi hazırlanan videoçarxla təqdim edilib. Redaksiya heyətini Şəkinin ziyalıları, ictimai xadimlərinin təşkil etdiyi elektron ensiklopediya www.sheki.tv, www.sheki.name və www.sheki.biz səhifələrində fəaliyyət göstərir. İstifadəçilər online rejimdə Şəki haqqında ensiklopedik bilgilər, Şəkinin görkəmli şəxsiyyətləri haqqında dəqiq informasiya əldə edə bilərlər.
    Qeyd edək ki, web ensiklopediya "Hədəf" studiyası və "S-Group Decor" - un birgə layihəsidir.
    Tezxəbər İnformasiya Portalı isə Şəkinin Elektron Ensiklopediyası layihəsinin informasiya dəstəkçisidir.