Son əlavələr‎ > ‎

"İpəkçi" qəzetini 80 illik yubileyi münasibətilə təbrik edirlər

20 Mar 2013 04:25 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
  

“İpəkçi” qəzetinin 80 illik yubileyi ilə bağlı olaraq, adi və elektron poçt vasitəsi ilə redaksiyamıza bir xeyli təbrik məktubu gəlmişdir. Bu məktubların hamısını qəzetimizin yubiley nömrəsində dərc edəcəyik. Hələlik isə 80 illik yubileyimizlə bağlı olaraq redaksiyamıza ünvanlanmış ilk 6 təbrik məktubunu aşağıda dərc etməyi məqsədəuyğun hesab etdik:

 
 
 
 
 
 
     Qəzetinizin 80 yaşını ürəkdən təbrik edirəm! 80 il Azərbaycan mətbuatında hər qəzetə nəsib olmayan şərəfli bir ömürdür. Mən qəzeti yaradanlara və bu gün aramızda olmayanlara Tanrıdan rəhmət diləyir, bu gün aramızda olub onu yaşadanlara isə cansağlığı və qüvvət arzulayıram! İndiki durumda rəngli və yüksək poliqrafik keyfiyyətlə qəzet buraxmaq hər oğulun işi deyil, buna görə də əməyinizi yüksək dəyərləndirirəm. Bir köhnə qəzetçi kimi, Sizi şanlı yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, "qələminiz kəsərli, iradəniz sarsılmaz olsun" deyirəm.
 
tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, 
 10.03.2013.
 

     Hörmətli Aydın müəllim!

    “İpəkçi” qəzetinin 80 illik yubileyi münasibətilə Sizi təbrik edir, Sizə cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Səhifələrində yer alan materialların rəngarəngliyi və orijinallığı ilə seçilən qəzetinizin hər nömrəsi maraqla oxunur. İnanırıq ki, ictimai fikrə təsir imkanı olan və ətrafına geniş oxucu kütləsi toplayan bu mətbu orqan rayonumuzda və ölkəmizdə baş verən hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiyalara gələcəkdə də geniş yer ayıracaqdır.

 Hörmətlə, Elxan Usubov,
Şəki şəhərinin icra hakimiyyəti başçısı,
 18.03.2013.

    Hörmətli Aydın bəy!
   "İpəkçi" qəzetinin 80 yaşı tamam olması münasibətilə Sizi, qəzetinizin kollektivini və Şəki ipəkçilərini səmimi qəlbdən təbrik edirəm! Şəki ipəyinin təbliği, ipəkçilərimizin Vətənimizdə tanınması, yüngül sənayemizin aparıcı sahələrindən olan ipəkçiliyin inkişafı istiqamətində qəzetinizin danılmaz rolu var. Arzu edirəm ki, Şəki ipəyi qəzetinizin ərsəyə gəldiyi vaxtlarda və fəaliyyət göstərdiyi yaxın keçmişdə olan şöhrətini yenidən özünə qaytarsın və "İpəkçi" həftəlik, gündəlik qəzetə çevrilsin. 
Hörmətlə, Murad Nəbibəyov,
"Şəki bələdiyyəsi" qəzetinin baş redaktoru,
 20.03.2013. 
 

Hörmətli Aydın müəllim! 

Rəhbərlik etdiyiniz “İpəkçi” qəzetinin 80 illik yubileyi münasibətilə əməkdaşlarınızı və Sizi AMEA Şəki Regional Elmi Mərkəzinin kollektivi adından səmimi qəlbdən təbrik edirəm. Uzun müddət “İpəkçi” nin Şəki ipəkçilərinə verdiyi töhfəni, onların problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirir, daim səhifələrinizdə həmişəki kimi obyektiv materialların dərc ediləcəyinə ümid edirik. Arzum budur ki, Şəki ipəyinin tarixi şöhrəti yenə də özünə qayıtsın və sizin qəzetin səhifələrində Şəki ipəkçilərinin xoş müjdələrindən xəbər tutaq. Qəzetiniz uzunömürlü olsun!

Dərin hörmətlə, İradə Rövşən,

AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi, memarliq  uzrə fəlsəfə doktoru,

20.03.2013.


 

Hörmətli Aydın müəllim,

 "İpəkçi" qəzetinin 80 illiyi münasibətilə Sizi və qəzetinizin kollektivini səmimi qəlbdən təbrik edirəm! Sizlərə daha da uğurlu fəaliyyət arzu edirəm!

Tərxan Paşazadə,

Sumqayıt şəhəri,

9.04.2013.

 


Hörmətli Aydın bəy!

Dünyanın ən gözəl ölkəsi olan Azərbaycanın, ən qədim şəhəri olan Şəkinin, ən oxunaqlı qəzeti olan "İpəkçi" qəzetinin 80 yaşı tamam olur. Bu münasibətlə, sizi və doğma "İpəkçi" qəzetimizi, “Hədəf” vebstudiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Dünya səviyyəsində, gündəlik internet mətbuatının ən çox oxunaqlı olduğunu nəzərə alsaq, qəzet və jurnallara olan ehtiyacın azaldığını görərik. Lakin buna baxmayaraq "İpəkçi" qəzeti hər zaman, öz oxucuları tərəfindən sevilə - sevilə oxunur. Nəinki Şəkidə, eyni zamanda Respublikamızın digər rayonlarında da geniş oxucu kütləsi toplamış, "İpəkçi" qəzetinin, sadəcə aylıq deyil, həftəlik, gündəlik qəzet olmasını arzulayırıq. Sizə böyük uğurlar arzulayır və bir daha təbrik edirəm.

Hörmətlə: Aslan Həsənli,

“Hədəf” Vebstudiyasının rəhbəri,
4.05.2013.