Son əlavələr‎ > ‎

Şəkinin veb-ensiklopediyasının təqdimat mərasimi 1 dekabr 2013-cü il tarixində “Sheki Palace” otelində keçiriləcəkdir

24 Kas 2013 15:48 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
    "Hədəf" veb-studiyası ilə "S Group" Reklam və Dizayn Xidmətlərinin birgə proyekti
olan Şəkinin veb-ensiklopediyasının təqdimat mərasimi 1 dekabr 2013 cü il tarixinSheki Palace otelində təşkil olunacaqdır.
   Veb-ensiklopediyanın yaradılmasında əsas məqsəd Azərbaycanın qədim diyarı olan Şəkiyə dair əhəmiyyətli məlumatları, o cümlədən burada dünyaya göz açmış, fəaliyyət göstərmiş görkəmli şəxslər haqqında məlumatları  toplamaq və internetə yerləşdirməkdir.
    Təqdimat mərasiminin  “Kanal S”  yerli televiziya kanalı vasitəsi ilə yayımlanması,  mərasiminin sonunda isə Şəkinin veb-ensiklopediyasına mənəvi dəstək olmuş  şəxslərin veb-ensiklopediyanın təsisçiləriredaksiya heyəti üzvləri tərəfindən mükafatlandırılması nəzərdə tutulur.

     Yeri gəlmişkən, əlavə edək ki, Şəkinin veb-ensiklopediyası  www.sheki.tv, www.sheki.bizwww.sheki.name  ünvanlarında fəaliyyət göstərəcəkdir. Veb-ensiklopediyanın Feysbuk sosial şəbəkəsində də səhifəsi var.