Son əlavələr‎ > ‎

Kim, kimdir?!

16 Mar 2013 00:01 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
           Hörmətli oxucularımız.
 
Məlumunuz olduğu kimi, 80 yaşı tamam olan “İpəkçi” qəzeti Azərbaycanda ipəkçiliyin, toxuculuq sənayesinin inkişafına əməli töhfələr vermiş və verməkdədir. Qəzetimiz fəhlələrin və digər vətəndaşların hüquqlarını pozulmasına qarşı daima mübariz mövqedən çıxış etmiş, ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin vaxtilə qəzetimizin redaksiyasına etdiyi tövsiyəsinə uyğun olaraq “haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda” davam edir və davam edəcəkdir! 
 
Məlumat üçün onu da əlavə edək ki, qəzetimiz hələ SSRİ dövründə, 12.12.1990-cı il tarixdə, Azərbaycanda nəşr edilən bütün rəsmi qəzetlər sırasında ilk dəfə olaraq Kommunist mətbuatının atributundan - V.İ.Leninin “Bütün ölkələrin proletariatı birləşin!” şüarından, imtina etmiş, özünü “Şəki ipəkçilərinin açıq tribunası” elan etməklə Azərbaycanda ilk leqal müstəqil qəzet olmuşdur. 1993-cü ildə isə “İpəkçi”, o vaxtkı Mətbuat və İnformasiya Nazirliyində,  o vaxtkı  Şəki “İpək” şirkətinin və Azərbaycan Respublikasının Əməkdar Jurnalisti mərhum Salis Məmmədovun təsisçiliyi ilə qeydiyyatdan  keçmişdir ( indi də qüvvədə olan şəhadətmamə 177).
 
Qəzetimizin həmtəsisçisi mərhum S.Məmmədovun 2009-cu ildə vəfatından sonra,  özünü digər həmtəsisçi hesab edən - 1999-cu ildə  Şəki “İpək” şirkətinin bazasında yaradılmış “Şəki-İpək” ASC-nin rəhbərliyi, Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanunun 7-ci bəndini kobud surətdə pozaraq, hansı ki həmin bəndə vurğulanır ki, - Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, ... idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialla qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur, qəzetimizə qarşı senzura tətbiq etməyə cəhd etmiş, daha sonra isə 08.06.2012 tarixdə, “Şəki-İpək” ASC İdarə Heyətinin 4 üzvünün iştirakı ilə qəzetimizin nəşrini dayandırılması barədə xəlvəti, heç bir hüququ əsası olmayan saxta qərar qəbul edilmişdir.   
 
Bu bərədə isə qəzetin baş redaktoruna heç bir məlumat verməyib, idarə binasındakı Sovet dövründən qalan ofis otağımızın açarını, guya ora nəsə qoyacaqlar, sonra  qaytaracaqlar, adı ilə aldılar və bir daha geri qaytarmadılar. Daima kişilikdən dəm vuran Azad Şixəliyev, doğrudanmı,  belə şeyləri "kişilik" hesab edir?!


  Doğrudan da o boyda müəssisənin rəhbərisiniz, çağırın bizi yanınıza, deyin ki otağı boşaldın, - bu başqa məsələ. Hiylə işlətmək, kələk gəlmək müəssisə rəhbərinə yaraşarmı?! Və buna ehtiyac vardımı?! 

  O, təbiətən mədəni, ciddi adam təsiri bağışlasa da, özünün etiraf etdiyi kimi, nəsə bir iş görmək, hansısa bir problemi həll etmək səlahiyyətinə malik deyil. 

   A.Şixəliyev xarakterinə görə elə bir adamdır ki, ona sözlə nəyisə başa salmaq qeyri-mümkündür. Məsələn, bu yaxınlarda biz onunla düz iki saat söhbət etdik, ona başa salmağa çalışdıq ki, əgər sizin “İpəkçi” qəzetinin həmtəsisçisi olmağınız kiminsə xoşuna gəlmirsə, niyə karyeranızı, yaxud həyatınızı təhlükə altına qoyursunuz, filan idarəyə rəsmən müraciət edin və rəsmən təsisçilikdən imtina edin. Dedi, yox mən filan yerə məktub yazmışam, filan yerə zəng eləmişəm, “İpəkçi” qəzeti bir də heç vaxt çıxmayacaq?! Nə qədər desək ki, “İpəkçi” qəzeti çıxacaq, özü də sizin təsisçiliyinizlə, yenə öz bildiyini dedi. Yəqin ki yalnız “İpəkçi” qəzetini növbəti nömrəsi onun masasının üzərinə qoyulduqdan sonra özünün yox, bizim haqlı olduğumuzu başa düşmüşdür. Amma yenə də özünü sındırmır, yalandan şayiə yayır ki, guya Aydın Məmmədov saxtakarlıq edib, qəzeti öz adına keçirib... 

  İndi bizim ofisimizi qaytarmır, gözləyir ki lap yuxarıdan kimsə, məsələn Akademik Ramiz Mehdiyev telefonla ona zəng edib desin ki, “Ə filan, filan olasan, “İpəkçi”nin ofisini niyə zəbt eləmisən, qudurmusan?! – bundan sonra ofisimizin açarını qaça-qaça özü gətirib qapımıza verəcəkdir... 

  İndi deyirlər ipəkçilik niyə məhv olur? Bunun isə konkret 1 cavabı var: A.Şixəliyev  də daxil olmaqla “Şəki-İpək” ASC İdarə heyətində 1 nəfər də olsun ipəkçilik, yaxud toxuculuq sənayesi üzrə mütəxəssis yoxdur! Ötən il “Şəki-İpək” ASC-nin 50 milyon manat kredit borcu vardı, ilə 13 faizdən hesablasaq bu il, bu borc 6 milyon manat da artmışdır. Ötən il “Şəki-İpək” ASC-də cəmi 6 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bunun da qazancı 1 milyon manatdan çox ola bilməz və bu qazanc da yalnız işçilərin əməkhaqqısını, elektrik pulunu, vergini ödəmək üçün istifadə edilmişdirsə, deməli, “Şəki-İpək” ASC-nin kredit borcu bu il 56 milyon olmuşdur, gələn il 62 milyon, 3-4 ilə 100 milyon!!! 

Qərarın heç bir hüquqi əsası olmadığına görə, təbii ki “İpəkçi”nin nəşri davam etmiş və qəzetin növbəti nömrəsi 17.07.2012-ci iltatixdə işıq üzü görmüşdür. Bu ilin yanvar ayında “İpəkçi”nin növbəti nömrəsini nəşr etdirmək üçün  “Azərbaycan” Nəşriyyatına getdikdə isə  “Şəki-İpək” ASC İdarə Heyətinin sədri Azad Şixəliyevin adından edilmiş növbəti "kişiliy"in şahidi olduq; onun adından nəşriyyatının direktorunun adına teleqram vurulmuş və qəzetimizi çap etməmək   tələb edilmişdir. Elə həmin dəqiqə, “İpəkçi”nin başlığını dəyişib “Şəkinin səsi” etdik və nəşrə verdik. 
 

  Görəsən, nə istəyirlər bunlar?! "İpəkçi"dən niyə belə bərk qorxurlar?! "İpəkçi" qəzeti çıxanda bunlar nə itirirlər?! "İpəkçi" qəzetini biz yaşatmışıq, ən çətin şəraitlərdə nəşrini biz davam etdirmişik, siz kimsiniz?! Bir özünüzə sual verin, siz kimsiniz?! "İpəkçi" qəzetinin sovet hökumətindən qalan ofisini mənimsəyəndə doğrudanmı çox şey qazandınız?! Bu oğurluq deməkdir, siz özgənin əmlakını zəbt edirsiniz! Vətən, dövlət, xalq qarşısında 1 qəpiklik xidmətiniz varmı?!

 
Azad Şıxəliyevin saxta teleqramı barədə Ədliyyə Nazirliyinə rəsmən müraciət etdik və müraciətimizə rəsmən cavab aldıqdan sonra 07.03.2013-cü il tarixdə “İpəkçi”nin növbəti nömrəsi işıq üzü gördü.
 
O ki qaldı qəzetimizin bağlanması barədə hüquqi əhəmiyyəti olmayan  Qərarda adı olan 4 nəfərə, onlar hamısı təklikdə və həm də birlikdə bizə bildirmişlər ki, “İpəkçi” qəzetinin bağlanmasına qol qoymayıblar. Amma Azad Şixəliyevin imzası və möhürü olan protokoldan çıxarışda, başqa adamların yox, məhz onların adları göstərilir. Ya sədr ətrafındakıları “baqaj”a qoyur, ya da sədrin ətrafındakılar sədri “baqaj”a qoyurlar.  Bu versiyalardan isə hansının doğru olmasının bizim üçün heç bir əhəmiyyəti yoxdur.


 

 

08.06.2012-ci il tarixdə keçirilən “Şəki-İpək” ASC-nin İdarə Heyətinin qərarından çıxarış

 

 

 

 

İclasın gündəliyində duran məsələ

“İpəkçi” qəzetinin fəaliyyəti barədə Ş.H.Əzizov

 

EŞİDİLDİ

 

İdarə Heyətinin üzvü, Cəmiyyətin Texniki direktoru cənab Ş.H.Əzizov öz çıxışında qeyd edir ki, birinci məsələdə deyilənləri əsas tutaraq demək istəyirəm ki, bazar iqtisadiyyatı dövründə müəssisənin daxili məlumatlarının qəzetə ötürülməsinə o qədər də ehtiyac duyulmur, ona görə ki, bu informasiya bəzən qeyri-dəqiq də olur, bu isə müəssisə haqqında qeyri-real fikirlərin yaranmasına səbəb olur.

Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, “İpəkçi” qəzetinin nəşr olunmasına ehtiyac yoxdur.

 

ÇIXIŞLAR

 

1. “Şəki-İpək” ASC-nin Maliyyə direktoru cənab M.U.Umarov çıxış edərək qeyd etdi ki, müəssisə bu günədək həmin qəzetin nəşr olunması üçün heç bir vəsait ayırmamış, müəssisənin hazırkı maddi vəziyyəti də vəsaitin ayrılmasına imkan vermir. Mən də “İpəkçi” qəzetinin bağlanmasını təklif edirəm.


2. Cəmiyyətin İdarə Heyəti sədrinin müşaviri cənab T.Musayev çıxış edərək yuxarıda qeyd olunanlarla razılaşaraq “İpəkçi” qəzetinin bağlanmasının labüd olduğunu bildirdi.


3. İdarə Heyətinin üzvü, Cəmiyyətin Həmkarlar Təşkilatının sədri xanım S.İsmayılova da çıxışlarda deyilənlərə tərəfdar olduğunu bildirdi.

 

QƏRAR

 

Azərbaycan Respublikası Kütləvi informasiya vasitələri haqqında Qanunun 19-cu maddəsinə əsasən (Maddə 19. Kütləvi informasiya vasitələrinin istehsalının və yayımının dayandırılması və ona xitam verilməsi) və bazar iqtisadiyyatı dövründə müəssisənin rəqabətə davamlığını təmin etmək, Səhmdar Cəmiyyətinin istehsal daxili sirlərini qorumaq məqsədilə, həmçinin maliyyə vəziyyətinin çətinliyini nəzərə alaraq “İpəkçi” qəzetinin fəaliyyəti dayandırılsın.

 

“Şəki-İpək” ASC-nin İdarə Heyətinin sədri:    A.A.Şixəliyev