Son əlavələr‎ > ‎

Havadan asılmış 3 şəhər: Şəki, Yevlax və Lənkəran! Yaxud, Şəki rayonu artıq yoxdur?!

18 Oca 2013 16:11 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   Bu üç şəhər sovet dövründə eyniadlı rayonların inzibati mərkəzləri olsa da, özləri respublika tabeliyində idi. Yəni Lənkəran şəhəri Lənkəran rayonunun, Yevlax şəhəri Yevlax rayonunun, Şəki şəhəri isə Şəki rayonunun tərkibində deyildi. 
   Müstəqillik illərində “respublika tabeliyində şəhər” terminindən demək olar ki istifadə olunmur. Lakin bu status Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Naftalan şəhərlərinin timsalında qalmaqdadır. Yəni bu şəhərlər heç bir rayonun tərkibində deyillər, birbaşa respublika tabeliyindədirlər. Şəki, Yevlax və Lənkəran şəhərlərinin belə bir statusa malik olması şübhə doğurmur. Amma bu üç şəhərin hər birində İcra hakimiyyəti başçısının səlahiyyətləri həm də müvafiq olaraq eyniadlı rayonların bütün ərazisinə şamil edilir. Yəni Şəki şəhər icra hakimiyyəti başçısı həm də Şəki rayonunun icra hakimiyyəti başçısıdır. 
   Ən maraqlısı isə budur ki, Prezident səviyyəsində təsdiq edilmiş Azərbaycan Respublikasının bir qanununa əsasən, birbaşa olmasa da, dolayı yolla təsdiqlənir ki, Şəki rayonu artıq yoxdur. Sabiq Şəki rayonunun bütün kəndləri, inzibati cəhətdən Şəki şəhərinin tərkibindədir:

 Azərbaycan Respublikasının Şəki şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Şəki şəhərinin Aydınbulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Şıxoba kəndi Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2007-ci il № 469-IIIQ



   
“İpəkçi” qəzetinin redaksiyası, bu müəmmalı sənədlə bağlı  “Facebook” sosial veb-şəbəkəsi vasitəsi ilə deputat Əli Məsimliyə müraciət etmişdir. Əli bəyin cavabı belə oldu: 
   “Mən köməkçimə dedim, Sizinlə əlaqə saxlasın və sənədlərə baxaq, ekspertlərə göstərək, bir problem aşkarlasaq, mən əlaqədar təşkilatlar qarşısında qaldıraram”.











"Şəkinin səsi" qəzeti,  15 yanvar 2013-cü il, №1 (440)
Comments