Son əlavələr‎ > ‎

“Şəki-Bazar” ASC idarə heyətinin sabiq sədri Urfət Əsabəli oğlu İbrahimov da həbs olundu!

24 Eyl 2012 13:32 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

            Bu son 12 il ərzində həbs olunmuş Şəkinin 3-cü bazar müdiridir! Daha əvvəl 2000-ci ildə - Tehran Lətifov həbs edilmişdi. Düzdür, o vaxt onun həbsinə siyasi  don geydirilirdi, lakin hamıya məlum idi ki, o, ümumiyyətlə siyasətlə məşğul deyil, onun həbsində əsas məqsəd isə Şəki bazarının onun əlindən alınması idi. Həqiqətən də  Şəkinin o vaxtkı icra başçısı Əşrəf Məmmədov, Lətifov qardaşlarının Şəkidə gün-gündən yüksələn nüfuzundan,  biznes uğurlarından təşvişə düşmüşdü...

Beləliklə,  Tehran Lətifov   2000-ci il 20 noyabr  tarixində Şəkidə baş vermiş etiraz aksiyalarında “günahkar” hesab edildi və həbsə atıldı. Bundan sonra Şəki bazarı Lətifov qardaşlarının əlindən alındı. Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev o vaxta qədər xaricdə yaşayan qohumlarından birini - Urfət Əsabəli oğlu İbrahimovu, Şəki bazarına sahib çıxmağa dəvət etdi. Burada daha əvvəl baş vermiş hadisələrdən və qohumu C.Hacıyevın təklifinin əsil mahiyyətindən xəbərsiz olan U.İbrahimov  dəvəti qəbul etdi və “Şəki-Bazar” ASC idarə heyətinin sədri oldu. Bir neçə il sonra isə U.İbrahimovun qardaşı Nazim İbrahimov Şəki icra hakimiyyəti başçısı təyin olundu. Lakin 2010-cu ildə N.İbrahimovun vəzifədən azad edilməsindən sonra qardaşı U.İbrahimov “Şəki-Bazar” ASC idarə heyətinin sədri vəzifəsindən uzaqlaşdırıldı. Onun yerinə o vaxta qədər “Inter Security” adlanan özəl mühafizə şirkətinin Şəki-Zaqatala bölgəsi üzrə mühafizə rəisi olan Vahid Abdullayevi otutdurdular.

 2011-ci il 15 dekabr tarixdə Şəki bazarında bir insident baş verdi - satıcılardan biri "Şəki-Bazar" ASC-nin rəhbərliyinin qanunsuz əməllərinə dözə bilməyərək özünü yandırmağa cəhd etdi. Yeri gəlmişkən, əlavə edək ki, analoji hadisə 1 il əvvəl də olmuşdu: bir mömin zərgər,  bazardakı  emalatxanasına görə ondan birdən-birə  7 dəfə artıq yer pulu istənilməsinə etiraz olaraq özünü yandırmağa cəhd etmişdir. O vaxt həmin insident ört-basdır edilsə də, bu dəfə hüquq-mühafizə orqanları bir az cəld tərpənərək hadisəni isti-isti araşdırmağa az-maz cəhd ediblər.  ASC-nin rəhbəri V.Abdullayev  onlara mane olmaq istədikdə isə onu 2 köməkçisi ilə birlikdə "polisə müqavimət" adı altında həbsə atdılr. Bir-neçə gün həbsdə yatan V.Abdullayev  daha sonra "Şəki-Bazar" ASC-nin rəhbərliyindən də kənarlaşdırıldı.

"Şəki-Bazar" ASC-nin sabiq idarə heyəti sədri Urfət Əsbəli oğlu isə 24 sentyabr 2012-ci tarixdə həbs edildi. O, "Şəki-Bazar" ASC-yə rəhbərlik etdiyi dövrdə bazarı genişlənmək məqsədi ilə yerli sahibkarların və özünün şəxsi vəsaiti ilə bazarın yaxınlığında daha böyük bir ticarət mərkəzi inşa etdirmişdi. Hər şey qaydasında idi, köhnə bazar yeni bazara köçməli idi. Lakin qohumu Cahangir Hacıyev qəflətən onu "Şəki-Bazar" ASC idarə heyətinin sədri vəzifəsindən uzaqlaşdırdıqda, müflis oldu və tikdirib başa çatdırdığı böyük ticarət mərkəzinin fəaliyyətə başlaması üçün tələb olunan cəmi 40 min manatlıq ilkin rüşvəti belə ödəyə bilmədi. Bu zaman U.İbrahimovun tam müflis olduğunu görən dairələr isə artıq onun heç kimə lazım olmadığını və onun cismani cəhətdən aradan götürülməsinin onlara daha çox xeyir verəcəyini qət etdilər. Beləliklə, U.İbrahimova qarşı cinayət işi açıldı ki, onun tikdirdiyi ticarət mərkəzi niyə fəaliyyət göstərmir?! U.İbrahimov nə qədər desə ki, “mən heç kimin pulunu mənimsəməmişəm, pul veriblər, mən də onlara mağaza, dükan tikmişəm, hamısı göz qabağındadır”,  əhəmiyyət vermədilər və 24 sentyabr 2012-ci il tarixdə onu qəflətən həbs etdilərr.

Biz, həmən gün axşam saat 7 radələrində onunla telefonla danışa bildik, dedi Nərimanov rayon Polis Şöbəsinin təcridxanasındadır, məhkəmə olub, onun barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

Hadisələrin sonrakı gedişatını belə proqnozlaşdırırıq: Urfət Əsabəli oğlu İbrahimov "ürək tutmasından keçinir",  sonra bir nəfər “kişi” peyda olur ki, Urfət müəllimə məxsus filan yerdəki obyekt mənimdir. U.İbrahimova pul verən sahibkarlara isə deyəcəklər ki, get pulunu “Urfət müəllimdən al”, vəssalam...

Aydın Məmmədov


Şəkildə:   . U.İbrahimovun  Şəkidə tikdirdiyi möhtəşəm ticarət mərkəz
i
Comments