Son əlavələr‎ > ‎

Şəkidə Şəki xan sarayının 250 illiyi ilə bağlı tədbir

4 Tem 2012 03:35 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
  
İyulun 4-də səhər Şəki şəhərində Şəki xan sarayının 250 illiyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, 30-a yaxın ölkənin diplomatik korpusunun nümayəndələri, bəzi millət vəkilləri və digər hörmətli qonaqlar iştirak etmişlər. Tədbir axşam saat 8-də Aşağı karvansarada davan etdiriləcəkdir.
  Məlumat üçün əlavə edək ki əslində Şəki xan sarayının cəmi 222 yaşı var. Tədbirdən əvvəl Mədəniyyət Naxirliyinin göstərişi ilə müxtəlif dillərdə olan vikipedialarda Şəki xan sarayının yaşının süni olaraq 250-yə qaldırılmasına cəhd edilmişdir, lakin bu cəhdlər əsassız olduğu üçün baş tutmayıb. Hal-hazırda sarayın tarixi rus dilində olan vikipediada 1790-1797 azərbaycanca vikipediada isə 1789/1790 kimi göstərilməkdədir.
  
 
 
 
    Tədbirdə Şəki xan sarayını tikdirən Məhəmmədhsən xanın qəbrinin ziyarət edilməsi də yaddan çıxıb (Gorun çatlasın ay Məhəmmədhəsən xan!) və Şəki xan qəbristanlığının qapısına 3 il əvvəl vurulmuş qıfıl (?!) açılmayıb. Əlavə edək ki bu qəbristanlıqda bu yaxınlara qədər Azərbaycan Respublikasının qurucularından biri olan Fətəli xan Xoyskinin bacısının qəbri var idi. Amma mədəniyyəti olmayan Mədəniyyət Nazirliyi həmin qəbri dağıdıb yox etdirdi.
   Tədbirdə Nuxa qalasındakı əvvəllər xanın şəxsi məscidi oilmuş, 1828-ci ildə isə ruslar tərəfindən xaç formasına salınaraq kilsəyə çevrilmiş tikilinin ətrafındakı saman tayaları da diqqətimizi cəlb etdi. Siz demə bu tayalar kilsənin arxasında dəfn olunmuş rus məmur qəbirlərinn gizlədilməsi üçün imiş.
   Sonda onu da qeyd edək ki bu cür tədbirlər Şəkidə hər il keçirilir. Şəki şəhərində işsizliyin 90 faizə çatması, əmək haqlarının isə 100 manatdan o qədər də çox olmaması hökuməti heç zərrə qədər narahat etmir, pullar iş yerlərinin açılması, əhalinin rifahının bir balaca yüksəldilməsi əvəzinə belə,  bir qəpik xeyri olmayn boş-boş tədbirlərə yönəldilir. Məsələn bu il barama istehsalı biabırçı həddə düşmüşdür: cəmi 6 ton! Bu isə ipəkçiliyin məhv olması deməkdir. Müqisə üçün əlavə edək ki Sovet dövründə 5 min ton barama istehsal edilirdi və Şəki İpək İstehsal birliyində 7 min nəfər işləyirdi (indi 300-400) və Şəkidə 1 ildə toxunan parçanın uzunluğu  Yer kürəsinin diametrinə bərabər idi (İndi kəlayağıdan başqa heç nə toxunmur, xam mal tapılmasa onun da istehsalı dayanacaq!).
     Tədbirin keçirilməsi Şəki şəhərinin ekologiyasına da zərərsiz ötüşməmişdir. Qalanın ətrafında 100-ə yaxın boyük şam ağacı, o cümlədən şəhərin tarixi küçələrindəki demək olar ki bütün böyük ağaclar kəsilmişdir və qədim şəhər hal-hazırda Kürdəmir şəhərinə oxşamaqdadır.
 Aydın Məmmədov
Comments