“Şəki-Ipək” ASC-nin Xalça sexində yun xalçaların toxunmasına başlanılıb

31 Mar 2012 16:32 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   Sexin meneceri Gülnar Nurəhmədova məlumat verir ki, indi sexdə həm də  yun xalçaların toxunmasına başlanılıb. Əlavə edək ki, yaxın günlərə qədər bu sexdə yalnız təbii ipək sapdan xalçalar toxunmuşdu. İpək çox bahalı xammal olduğu üçün, əlbəttə  ki ondan hazırlanan məhsulların, o cümlədən ipək xalçaların da qiyməti də çox baha olur. Məlumdur ki mal nə qədər baha olsa, onun satış tempi də o qədər zəif olur. Sözsüz ki bazarda ipək xalçalara da tələbat var, amma yun xalçalar azı 10 dəfə ucuz olduğu üçün daha çox satılır. Bu nöqteyi-nəzərdən, “Şəki-İpək” ASC-nin xalça sexində istehsal, toxunacaq yun xalçaların hesabına yəqin ki dəfələrlə arta bilər!



Şəkildə: Səlimli Türkan, toxucu


Xalça sexi (foto-şəkillər)



Xalça sexi (video)



Comments