Şəki kəlağayılarının qiyməti qalxdı !

29 Mar 2012 17:35 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
    Şəki kəlağayılarının satış qiyməti 15 manatdan 25 manata qalxmışdır. “Şəki-İpək” ASC-nin mühasibat şöbəsindən bizə bildirildi ki, bu heç də ipək qıtlığı ilə bağlı deyil, sadəcə indi kəlağayı istehsalında yalnız təbii boyalardan istifadə edilir, təbii boyalar isə necə ki daha keyfiyyətlidir, eləcə də onların qiyməti də süni boyalara nisbətən xeyli yüksəkdir və həmin səbəbdən də təbii boyalarla boyanan kəlağayıların qiyməti də yüksək olmalıdır.
Yeri gəlmişkən, mühasibatdan həm də bizə bildirildi ki, 01.12.2012-ci il tarixdən etibarən maaşı 85 manat olan ASC işçilərinin əmək haqları 10%, yerdə qalan bütün işçilərin maaşı isə 10 manat artırılmışdır.







 
Şəkildə Xalq Artisti Şahnaz Haşımova, “Şəki-İpək” ASC-nin mağazasında kələğayı seçərkən.
Comments