Şəki şəhərindəki ölüm saçan qurğular

29 Mar 2012 12:08 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   Rəsmən təsdiqlənməsə də  Şəki sakinlərinin əksəriyyəti bilir ki, son illər Şəki şəhərində qaraciyər serozu, qadın xəstəlikləri geniş yayılmışdır,  yaşı 50-ni haqlamış kişilərin isə az qala yarısı prostat vəzisi xəstəliklərindən əziyyət çəkir... Bəs nə baş verib?!
   Diqqət yetirsəniz görərsiniz ki şəhərimizin 7-8 yerində mobil rabitə operatorlarının ötürücü qurğuları quraşdırılmışdır, Şəki kimi balaca bir şəhərdə bu qədər ötürücü qurğunun olması hədindən artıq çox deyilmi?! Axı bu qurğular, daima elektromaqnit dalğaları yaymaqdadır və bu dalğalar da insanların sağlamlığına daima mənfi təsir göstərməkdədir!
   Məlumdur ki Şəki şəhəri 3 tərəfdən dağlarla əhatə olunmuşdur. Bəs nəyə görə bu qurğular dağlarda yox,  şəhərin mərkəzində, əhalinin sıx yaşadığı yerlərdə quraşdırılır? ! Bu sualın cavabı isə belədir: Dağda ötürücü qurğunun quraşdırılması üçün əvvəlcə kabel çəkilməlidir, sonra qurğuya nəzarət etmək üçün işçi ayrılmalıdır və s. Deməli, mobil rabitə operatorları rəhbərləri daxili büdcələrinə qənaət etmək üçün həmin qurğuları dağda yox, şəhərimizi mərkəzində quraşdırırlar! 
   Azərbaycan Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov da deyir ki, ötürücü stansiyalar əhalinin yaşadığı ərazilərdən kənarda və yüksəklikdə quraşdırılmalıdır: 
   “Biz onsuz da elektromaqnit dalğalarının içərisində üzürük.
    İstənilən yerdə quraşdırırlar. O sistemin sahibləri o qədər zəngin adamlardırlar ki, onlar beynəlxalq normativləri də dəyişdirirlər. Elə bir normativ akt yoxdur ki, onlar haqqında orda hansısa bir qadağan olsun. Yüksəklikdə olmalıdır. Yer səthindən ən aşağısı 60-100 metr hündürlükdə olmalıdır. Amma bunlar ev yiyəsinə pul verib quraşdırırlar ”. Yeri gəlmişkən əlavə edək ki, burada söhbət 1 il əvvəl Göyçay rayonunda sakinlərin ötürücü qurğulara qarşı etirazından gedir, hansı ki  jurnalist  Esmira Cavadova əməkdaşı olduğu “Azadlıq” radiosunun efirində bu məsələni araşdırırdı,  o zaman sakinlərin  haqlı etirazlarına görə qurğuların bir hissəsi sökülmüş, yaxud ümumiyyətlə heç quraşdırılmamışdı.

A.Məmmədov

 


Comments