Son əlavələr


DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində sənədləşmə problemi

23 Şub 2021 08:50 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 24 Şub 2021 11:05 güncellendi ]

Şəki şəhər sakini Nəbi Hüseynbəyli 22 yanvar 2021-ci il tarixdə "İpəkçi"nin redaksiyasına  məktubla müraciət edərək şikayətlənib ki, İqtisadiyyat Nazirliyi və ƏMDX yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi bələdiyyə orqanı qərarlarını, Şəki İcra hakimiyyəti başçısının sərəncamlarını saymır, hətta Dövlət Başçısının müvafiq sərəncamları ilə özəlləşdirmə proqramına əsasən həyata keçirilmiş özəlləşdirməyə hörmətsizlik edir. Nəbi Hüseynbəylinin sözlərinə görə DƏDRX-nin Şəki Ərazi İdarəsinin rəisi Dadaş Hüseynov  ƏMDX tərəfindən hərrac yolu ilə satılmış və ƏMDX tərəfindən özəlləşdirilərək pulu dövlət büdcəsinə köçürülən əmlakların  sənədləşməsi və dövlət qeydiyyatına alınması işlərinin aparılmasına faktiki olaraq imtina edir.

Məsələ ilə bağlı biz DƏDRX-nin Şəki Ərazi İdarəsinin rəisi Dadaş Hüseynovla iki dəfə telefon bağlantısı yaratdıq. Birinci dəfə Dadaş Hüseynov bildirdi ki, Nəbi Hüseynbəylinin sənədləşdirmək istədiyi obyektin ünvanı qeyri-müəyyəndir. Həmin obyektin ünvanını təsdiq edən sənəd təqdim edərsə, onun vaxtilə özəlləşdirmiş olduğu obyekti dərhal sənədləşdirə bilərik.

Nəbi Hüseynbəyli isə bizə bildirdi ki, özəlləşmə tam qanuni şəkildə aparılıb, amma sənədlərdə ünvan göstərilməyib, ünvanı təsdiq edə biləcək sənədi əldə etmək qeyri-mümkün işdir.

İkinci dəfə Dadaş Hüseynovla telefon əlaqəsi yaradaraq şikayətçinin iradını ona çatdırdıq. Bildirdi ki bu barədə baş idarəyə sorğu göndərib ki, problemin həlli istiqamətində rəy  verilsin. "Bəli özəlləşmə tam qanuni olaraq aparılıb, amma hansısa səbəbdənsə özəlləşdirilmiş obyektin ünvanı sənədlərdə göstərilməyib, biz baş idarəmizə məlumat verdik ki, vəziyyət belədir, bu cür hallarda biz necə hərəkət etməliyik? İnşallah bir həftəyə sorğumuza cavab gələcək yəqin ki, ondan sonra Nəbi hüseynbəylinin özəlləşdirdiyi obyekti sənədləşdirərik".

Dadaş Hüseynovun dediklərini Nəbi Hüseynbəyliyə çatdırsaq da, Nəbi Hüseynbəyli Dadaş Hüseynova inanmadığını bildirdi. Dedi ki, o sadəcə işi başdan edir, belə işlər onlarda n qədərdir, kim ki onlara "görüm-baxım" etmir, bir bahanə tapıb sənədləşmədən imtina edirlər, yaxud sənədləşməni yubadırlar.

Nəbi Hüseynbəylidən fərqli olaraq biz isə düşünürük ki, problem Dadaş hüseynovun dediyi kimi bir həftəyə həllini tapacaq, sadəcə bir qədər səbrli olmaq və gözləmək lazımdır.

Aydın Məmmədov.                        

Hikmət Ziya

21 Oca 2021 08:22 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 21 Oca 2021 08:34 güncellendi ]

Hikmət Ziya

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
Hikmət Ziya
Hikmət Ziya oğlu Əfəndiyev
Hikmət Ziya
Hikmət Ziya
Doğum tarixi13 may 1929
Doğum yeriNuxaZaqatala-Şəki mahalıFlag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı2 avqust 1995 (66 yaşında)
Vəfat yeriBakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
VətəndaşlığıFlag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
TəhsiliAzərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, jurnalistika şöbəsi (1947 – 1952)
Mükafatları"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1986

Hikmət Ziya (Əfəndiyev Hikmət Ziya oğlud.  13 may 1929-cu il, NuxaZaqatala-Şəki mahalı, Azərbabaycan SSR, ZSFSR, SSRİ — ö.  2 avqust 1995-ci il, Bakı, Azərbaycan Respublikası) – şair, tərcüməçi, jurnalist, Azərbaycan Yazıçılar İttifaqının (1958), Azərbaycan Jurnalistlər İttifaqının (1959), Ümumittifaq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının üzvü, Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi (1986).

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

1929-cu ild Nuxa şəhərində anadan olub.

Ağdam şəhərində 1 saylı orta məktəbi bitirib.

1947 – 1952-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.

1952 – 1969-cu illərdə “Azərbaycan pioneri” qəzetinin redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri,

1969 – 1984-cı illərdə “Göyərçin” jurnalının redaksiyasında poeziya şöbəsinin müdiri,

1984-cü ildə “Göyərçin” jurnalının redaksiyasında məsul katib vəzifəsində işləyib.

Yaradıcılığı[redaktə | əsas redaktə]

1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə ədəbi yaradıcılığa başlayıb.

Sonra dövri-mətbuatda vaxtaşırı çıxış edib.

İlk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi” (1957), “Bahar gözəldir, ya qış?” (1959), “Milçək ürəyi” (1960) kitabları “Hikmət Əfəndiyev” adı ilə ilə çap olunub.

“Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulmuş, librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnib.

Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. O, özü də bədii tərcümə ilə məşğul olub, başqa dillərdəki bədii ədəbiyyatı azərbaycan dilinə tərcümə edib. “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin üzvü olub.

Kitabları[redaktə | əsas redaktə]

Göstər
Kitabları

Tərcümələri[redaktə | əsas redaktə]

  1. İ.A.Krılov. Təmsillər. Bakı: Gənclik, 1982, 80 səh. (ruscadan)

Filmoqrafiya[redaktə | əsas redaktə]

  1. Əli Bayramlı (film, 1971)(I)
  2. Azərbaycan qadını (film, 1974)
  3. Qərib cinlər diyarında (film, 1977)
  4. Dəcəl dovşan (film, 1981)

Mükafatları[redaktə | əsas redaktə]

  1. “Qabaqcıl maarif xadimi” nişanı (1978).
  2. Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1988).
  3. Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi fəxri adı (1986).

Ailəsi[redaktə | əsas redaktə]

Babası Abdulla bəy Əfəndizadə pedaqoq idi və Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olmuşdur (görkəmli Azərbaycan maarifçisi Rəşid bəy Əfəndiyevin qardaşıdır).

Atası Ziya Əfəndiyev də pedaqoq olmuş, Nuxa, Zaqatala və Ağdamda müəllim işləyib.

Nəvəsi Ceyhun Əfəndi iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir.

Vəfatı[redaktə | əsas redaktə]

2 avqust 1995-ci il tarixdə Bakı şəhərində vəfat edib.

İstifadə edilmiş mənbələr[redaktə | əsas redaktə]

  1. Abdullayeva S. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu // 525-ci qəzet. — Bakı, 2015. — В. 16 aprel. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 mart 2018.
  2. "Hikmət Ziya"http://portal.azertag.az/ (azərb.). Uşaq Bilik Portalı (AZƏRTAC). 22.02.2019. 08.08.2019 tarixində arxivləşdirilib.
  3. Məmmədov Ə.Xalıqov F. Əfəndiyev Hikmət Ziya oğlu (Hikmət Ziya) // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 163 – 166. — 1.000 nüsx.
✰
© 2019 – 2021 Şəki Ensiklopediyası
Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Çingiz Mustafayev

21 Oca 2021 08:19 tarihinde Aydin Salis tarafından yayınlandı

Çingiz Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
Çingiz Mustafayev
Mustafayev Çingiz Fuad oğlu
Çingiz Mustafayev
Çingiz Mustafayev
Doğum tarixi29 avqust 1960
Doğum yeriKapustin-Yar, Axtyubinsk rayonu, Həştərxan vilayəti Flag of the Russian Soviet Federative Socialist Republic (1954–1991).svg Rusiya SFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi15 iyun 1992 (31 yaşında)
Vəfat yeriNaxçivanik, Xocalı rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbiQumbaraatan (Qranatomyot) mərmisinin zərbəsi
Dəfn yeriŞəhidlər Xiyabanı, Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
UşağıFuad Mustafazadə
AtasıFuad Mustafayev
AnasıNaxış Mustafayeva
VətəndaşlıqFlag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
TəhsiliN.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1977 – 1983)
MükafatlarıAzərbaycanın Milli Qəhrəmanı — 1992
Commons-logo.svg Commonsda da Çingiz Mustafayev ilə əlaqəli mediafayllar var

Çingiz Mustafayev – mülki və hərbi jurnalist, Azərbaycan Dövlət Televiziyasında reportyoru, Dağlıq Qarabağdakı müharibə səhnələrini, o cümlədən Xocalı qətliamından az sonrakı hadisələri işıqlandırması ilə yadda qalıb. Dağlıq Qarabağda hərbi əməliyyatları çəkərkən yaxınlığına düşmüş qumbaraatan (qranatomyot) mərmisinin zərbəsindən daxili zədə almış və həlak olmuşdur. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

Çingiz Mustafayevin Bakıda yaşadığı bina

29 avqust 1960-cı il tarixdə Həştərxan vilayətinin Vladimirovskiy rayonunun Kapustin-Yar kəndində, hərbçi ailəsində anadan olub.

1964-cü ildə ailəliklə Bakıya köçüblər.

Təhsili[redaktə | əsas redaktə]

1977-ci ildə Bakı şəhərindəki 167 saylı orta məktəbi bitirib.

1977 – 1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1983 – 1986-cı illərdə Dəvəçi rayonunda,

1986-cı ildən İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında həkim işləyib.

1991-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib.

Reportyor fəaliyyəti[redaktə | əsas redaktə]

1990-cı ilin 20 yanvar tarixində sovet ordusunun Bakıda mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri həvəskar reportyor kimi lentə alıb. Dağlıq Qarabağ regionunda döyüş əməliyyatları başlandıqdan sonra isə öz karyerasını tam olaraq hərbi jurnalistikaya həsr edib. Onun reportajları Azərbaycanın müharibə əməliyyatlarına məruz qalan regionlarında öz yaxınlarının taleyi barədə məlumat almaq istəyən sadə camaat üçün ən etibarlı və dürüst məlumat mənbəyinə çevrildi. Çingiz Mustafayev öz kiçik heyəti ilə birlikdə cəbhə bölgələrinə səfərlər edir və bu bölgələrdə real vəziyyət barədə birbaşa olaraq dəyəri olmayan məlumatlar yayırdı. Məhz bu video və foto materiallar sayəsində dünya münaqişənin həqiqi xarakterini öyrəndi və Ermənistan qüvvələrinin dinc əhaliyə qarşı qəddarlıqlarının şahidinə çevrildi. Çingizin reportajları Azərbaycanın məruz qaldığı informasiya blokadasının aradan qaldırılmasında və erməni nəzarətində olan media strukturları tərəfindən qərəzli məlumatların yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynamışdır.

Ölümü[redaktə | əsas redaktə]

Çingiz Mustafayevin Bakıdakı Şəhidlər Xiyabanında məzarı

Dağlıq Qarabağda hərbi əməliyyatları çəkərkən yaxınlığına düşmüş qumbaraatan (Qranatomyot) mərmisinin zərbəsindən daxili zədə almış və halak olmuşdur.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Ailəsi[redaktə | əsas redaktə]

  • AtasıFuad Mustafayev (d. 16 avqust 1927-ci il, Bakı – ö. 8 aprel 2019-cu il, Bakı, Bakı) Leninqrad Dövlət Hərbi Akademiyasının məzunu idi, 1958 – 1964-cü illərdə hərbi qulluqda olmuş, daha sonra Bakıya qayıtmış, Bakıda müxtəlif mülki vəzifələrdə işləmişdir.
  • AnasıNaxış Mustafayeva (d. 18 yanvar 1940-cı il, Nuxa – ö. 19 Fevral 2015, Bakı).
  • Həyat yoldaşıRəfiqə Mustafayeva.
  • OğluFuad Mustafazadə (d. 1991).

Xatirəsi[redaktə | əsas redaktə]

Çingiz Mustafayevin yaşadığı binada barelyefi

Bakıda yaşadığı binanın önündə barelyefi vurulub. Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, “Palmali” şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır.

2010-cu ildə ABŞ-ın CNN telekanalı Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb. Jurnalist Sevinc Osmanqızının müəllifi olduğu süjet Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşilikləri dünyaya çatdıran Çingiz Mustafayevin çəkdiyi kadrlar üzərində qurulub.

2011-ci ildə Almaniyada 3 min nüsxə ilə Çingiz Mustafayevin təsviri olan poçt markası buraxılıb.

2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olmuşdur.

Filmoqrafiya[redaktə | əsas redaktə]

  1. Adam cinsi arasında cins adam (film, 1998) (qısametrajlı sənədli film)
  2. Azərbaycana namus və sevgiylə (film, 2006)
  3. Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
  4. Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
  5. Özgə ömür (film, 1987)
  6. Payızın 17 anı (film, 2007)
  7. Yaramaz (film, 1988)
✰
© 2019 – 2021 Şəki Ensiklopediyası
Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

İsfəndiyar Vahabzadə

21 Oca 2021 07:29 tarihinde Aydin Salis tarafından yayınlandı

İsfəndiyar Vahabzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
İsfəndiyar Vahabzadə
Vahabzadə İsfəndiyar Bəxtiyar oğlu
İsfəndiyar Vahabzadə
İsfəndiyar Vahabzadə
Doğum tarixi24 fevral 1954 (66 yaş)
Doğum yeriBakı Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
AtasıBəxtiyar Vahabzadə
VətəndaşlıqFlag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Peşələrişərqşünas,
filoloq
diplomat
Milliyyətiazərbaycanlı
İxtisasışərqşünas
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi (1971 − 1976)

Azərbaycan KP MK yanında Bakı Ali Partiya Məktəbi (1986 − 1988)
MükafatlarıBelarus Yazıçılar İttifaqının “Qızıl Qələm” mükafatı

İsfəndiyar Vahabzadə — Azərbaycan diplomatı və dövlət xadimi, müxtəlif illərdə bir sıra ölkələrdə Azərbaycan Respublikasının səfiri olmuş, 1994 − 1997-ci illərdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifəsində işləmişdir. Filologiya elmləri doktoru və professordur, həmçinin, Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür. Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin oğludur.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

24 fevral 1954-cü il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

1971 − 1976-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində,

1986 − 1988-ci illərdə Azərbaycan KP MK yanında Bakı Ali Partiya Məktəbində,

1994-cü ildə Türkiyə Respublikasındakı diplomatik kurslarda təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1976 − 1979-cu illərdə İran hərbi zavodlarında tərcüməçi işləyib.

1979 − 1983-cü illərdə Azərbaycan LKGİ MK-da referent,

1983 − 1985-ci illərdə Əfqanıstanda hərbi tərcüməçi,

1985 − 1986-cı illərdə Azərbaycan LKGİ MK-da baş referent,

1988 − 1990-cı illərdə Azərbaycan KP MK Bakı şəhər Partiya Komitəsinin təşkilat işi şöbəsində təlimatçı,

1990 − 1991-ci illərdə isə Bakı şəhər 26 Bakı komissarı rayonunun icraiyyə komitəsinin sədri,

1991 − 1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri,

1994 − 1997-ci illərdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini,

1997 − 1999-cu illərdə Pakistan İslam Respublikasında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri,

1999 − 2002-ci illərdə Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlardakı səlahiyyətli nümayəndəsi,

2002 − 2004-cü illərdə Azərbaycan Dillər Universitetinin və Ali Diplomatiya Kollecində müəllim,

2004 − 2005-ci illərdə Azərbaycan Respublikası Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini,

2005 − 2011-ci illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri,

2011 − 2017-ci illərdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub.

Digər[redaktə | əsas redaktə]

Filologiya elmləri doktorudur, professordur və Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür.

Azərbaycan və Belarus yazıçılar birliyinin, Belarus Jurnalistlər İttifaqının üzvüdür. Belarus yazıçılar ittifaqının “Qızıl Qələm” ordeni ilə təltif edilib. Fars, dari, türk və rus dillərini bilir.

Ədəbiyyat[redaktə | əsas redaktə]

Məmmədov Ə.Xalıqov F. Vahabzadə İsfəndiyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 553 − 555. — 1.000 nüsx.

Gülüstan poeması

21 Oca 2021 07:15 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 21 Oca 2021 07:27 güncellendi ]

Gülüstan

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
“Gülüstan” poeması; Nuxa fəhləsi, 23 oktyabr 1960-cı il, № 127 (1941); redaksiya adından qeyd olunub ki, Şair Bəxtiyar Vahabzadə Azərbaycan xalqının milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə aparmasından bəhs edən poema üzərində işləyir. Həmin poemanın bir fəsli ilk dəfə olaraq “Nuxa fəhləsi” qəsetində dərc edilir.

“Gülüstan” poeması – Bəxtiyar Vahabzadənin 1960-cı ilin 10 – 12 iyul tarixləri arasında Nuxada qələmə aldığı poema. İlk dəfə iki hissədən ibarət olmaqla “Nuxa fəhləsi” qəzetinin 23 oktyabr 1960-cı il tarixli 127(1941)-ci sayında və 26 oktyabr tarixli 128(1941)-ci sayında dərc olunub; “Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda vuruşan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə ithaf edildiyi göstərilib”; həmçinin, redaksiya adından qeyd olunub ki,

"Şair Bəxtiyar Vahabzadə Azərbaycan xalqının milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə aparmasından bəhs edən poema üzərində işləyir. Həmin poemanın bir fəsli ilk dəfə olaraq “Nuxa fəhləsi” qəzetində dərc edilir."

İkinci hissənin sonunda poemanın 1960-cı ilin 10 – 12 iyul tarixləri arasında Nuxada qələmə alındığı göstərilib.

Soldan, ayaq üstə: Salis MəmmədovNizami Nəbiyev; oturan yerdə: Bəxtiyar Vahabzadə, Əbdürrəhman Əbdürəhmanov... Foto: M. Salis; 1960, Nuxa.
“Nuxa fəhləsi” qəzetinin redaktoru Məhyəddin Abbasov

Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədov öz xatirələrində qeyd etmişdir ki, o, 1960-cı ildə “Nuxa fəhləsi” qəzetinin əməkdaşı idi və Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi təhsil alırdı; Bakıda Bəxtiyar Vahabzadə ona “Nuxa fəhləsi” qəzetində çap olunması üçün “Gülüstan” poemasının əlyazmasını verib. O da Nuxaya qayıdanda əlyazmanı “Nuxa fəhləsi”nin redaktoru Məhyəddin Abbasova təqdim edib. Poema problemsiz qəzetdə çap olunub. Amma üstündən bir müddət keçəndən sonra, Bəxtiyar Vahabzadə Bakıda Salis Məmmədova deyib ki, tələbələr kütləvi şəkildə poemanın mətnini əlyazma, yaxud makina çapı şəklində öz aralarına yayırlar və buna görə də ona yuxarıdan təzyiqlər başlayıb. Poemanın yayılmasının dayandırılmasını xahiş edib.

  •  
✰
© 2019 – 2021 Şəki Ensiklopediyası
Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Məmməd Əfəndiyev

4 Ağu 2020 15:35 tarihinde Aydin Salis tarafından yayınlandı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
Məmməd Əfəndiyev
Əfəndiyev Məmməd Rəşid bəy oğlu
Məmməd Əfəndiyev
Məmməd Əfəndiyev, 1951-ci il
Doğum tarixi5 oktyabr 1887
Doğum yeriNuxaNuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi1 iyun 1977 (89 yaşında)
Vəfat yeriBakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Milliyyətiazərbaycanlı
Elmi adıprofessor (1944-cü ildən)
AtasıRəşid bəy Əfəndiyev
Mükafatları"Lenin" ordeni "Qırmızı Əmək Bayrağı" ordeni "Qırmızı Əmək Bayrağı" ordeni "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı

Məmməd Əfəndiyev (Əfəndiyev Məmməd Rəşid bəy oğlud. 15 oktyabr 1887-ci ildə, NuxaNuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1 iyun 1977-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) − azərbaycanlı sovet riyaziyyatçı-pedaqoqu, professor, S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində fəaliyyət göstərmiş Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru (1944-cü ildən). Tanınmış azərbaycanlı pedaqoq və yazıçı-dramaturq Rəşid bəy Əfəndiyevin oğludur.

Haqqında məlumatlar[redaktə]

1887-ci ildə Nuxada anadan olub.

1908-ci ildə Tiflisdə gimnaziyanı bitirib.

1908 – 1913-cü illərdə Sank-Peterburq İmperator Universitetinin(ru) mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

Məmməd bəy Əfəndiyev tələbə uniformasında, 1911-ci il.

1913 – 1915-ci illərdə Qori seminariyasında müəllim,

1915 – 1920-ci illərdə isə Nuxada şəhər gimnaziyasında əvvəl müəllim, sonra isə müdir işləyib.

1920-ci ildə Bakıya – N.Nərimanovun təşəbbüsü ilə Bakıda təşkil olunmuş birillik kurslarda dərs deməyə dəvət olunur; bu kurslarda orta məktəblər üçün müəllimlər hazırlanırdı.

1921 − 1926-cı illərdə Ali Pedaqoji Kişi İnstitutunun əvvəl fizika-riyaziyyat fakültəsinin dekanı, sonra isə direktoru olub.

1930 − 1936-cı illərdə Pedaqoji İnstitutun riyaziyyat kafedrasının müdiri,

1941-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi təhlil kafedrasının müdiri işləyib.

1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.

1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat edib.

1992-ci ildə Bakıda bir küçəyə onun adı verilib.

Elmi-pedaqoji fəaliyyəti[redaktə]

1933-cü ildə dosent,

1944-cü ildə professor elmi adını alıb.

Azərbaycan dilində terminologiya tərtib etmiş, Yaxın Şərqdə o vaxtadək istifadə edilməkdə olan riyazi işarə və formulları latınlaşdırmışdır. Bir sıra riyaziyyat dərsliklərinin, o cümlədən, “Sadə diferensial tənliklər” dərsliyinin (1950) müəllifidir.

1941 – 1956-cı illərdə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olub.

Mükafatları[redaktə]

  • “Azərbaycan SSR Əməkdar Elm xadimi” (1943)
  • “Lenin” ordeni;
  • “Qırmızı əmək Bayrağı” ordeni, 2 dəfə;
  • “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı, 2 dəfə;
  • “Qafqazın müdafiəsinə görə” medalı

İstifadə edilmiş mənbə[redaktə]

Aidiyyəti linklər[redaktə]

✰
Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir.

Rəşid bəy Əfəndiyev

4 Ağu 2020 15:33 tarihinde Aydin Salis tarafından yayınlandı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
Rəşid bəy Əfəndiyev
Əfəndiyev Rəşid bəy İsmayıl bəy oglu
Rəşid bəy Əfəndiyev
Rəşid bəy Əfəndiyev
Doğum tarixi24 may 1863
Doğum yeriNuxaNuxa qəzası, Bakı quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı31 avqust 1942 (79 yaşında)
Vəfat yeriNuxaNuxa rayonuFlag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
VətəndaşlığıFlag of the Soviet Union.svg SSRİ
Milliyyətiazərbaycanlı
TəhsiliNuxa qəza məktəbi (1873 – 1878), Qori seminariyası (1878 – 1882), Tiflis Aleksandrov Müəllimlər İnstitutu (1892 – 1895)
Əsərlərinin diliazərbaycan dili
Janrşeir, hekayə, pyes
İlk əsəri“Qan ocağı” pyesi

Rəşid bəy Əfəndiyev (Əfəndiyev Rəşid bəy İsmayıl bəy oğlu d.  24 may 1863-cü il, NuxaNuxa qəzası, Bakı quberniyası, Rusiya İmperiyası – ö.  31 avqust 1942-ci il, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı pedaqoq və ilk etnoqraf alim. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) də müəllifidir. Şeirlər, təmsillər, hekayələr və pyeslər də qələmə almış, həmçinin, rusca bədii ədəbiyyat nümunələrini azərbaycan dilinə tərcümə etmişdir.

Haqqında məlumatlar[redaktə]

1863-cü ildə Nuxa şəhərində, ruhani məmur ailəsində anadan olub.

Təhsili[redaktə]

1870 – 1873-cü illərdə molla məktəbində,

1873 – 1878-ci illərdə Nuxa qəza məktəbində (rus dilində),

1878 – 1882-ci illərdə Qori seminariyasında,

1892 – 1895-ci illərdə isə Tiflis Aleksandrov Müəllimlər İnstitutunda təhsil alıb.

İş yerləri[redaktə]

1882 – 1888-cı illərdə Nuxa qəzasının Qutqaşen kənd məktəbində,

1890 – 1892-cı illərdə Nuxa qəzasının Xaçmaz kənd məktəbində müdir və müəllim,

1892-ci ildə Qafqaz Müsəlmanları Ruhani idarəsində katib müavini və müftinin himayəsi altında fəaliyyət göstərən “Ömər məktəbi”ndə müəllim işləyib.

1900 – 1916-cı illərdə Qori seminariyasında müəllim işləyib.

1916-cı ildə İrəvan Quberniyası xalq məktəblərinin inspektoru vəzifəsinə təyin edilib.

1918 – 1920-ci illərdə Bakı kişi seminariyasının direktoru olub.

1920-ci ildən sonra pedaqoji fəaliyyətini Nuxada davam etdirib, Nuxa pedaqoji məktəbində müəllim işləmiş, eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi olmuşdur.

Elmi, pedaqoji və ədəbi yaradıcılığı[redaktə]

1871-ci ildə – Qori seminariyasının üçüncü kursunda oxuyarkən, müsəlman şöbəsinin müfəttişi A.O.Çernyayevskinin rəhbərliyi ilə dərs proqramlarının tərtibində və azərbaycan dili dərsliklərinin hazırlanmasında fəal iştirak edib.

Qori seminariyasında təhsil alarkən klassik Azərbaycan və rus ədəbiyyatını mütaliə etməsi, seminariyanın dram dərnəyində fəal iştirakı onda bədii yaradıcılığa güclü meyl oyadıb.

Qutqaşen məktəbində işlədiyi dövrdə səkkiz il ərzində əhalinin yaşayış tərzi, adət-ənənəsi, mənəvi-psixoloji durumu, folkloru və maddi-mənəvi abidələri ilə ciddi maraqlanmış, məktəblərdə dərs vəsaiti olmadığından öz araşdırmalarını və tapıntılarını şagirdlərə öyrətmiş, onlarda vətən sevgisi, xalqa məhəbbət, milli təəssübkeşlik hissi, elmi biliklərə sönməz həvəs oyatmağa çalışırdı. O, azərbaycanlıların təhsil aldığı məktəblərdə tədrisin dövrün tələblərinə uyğun olmasına çalışmış, bunun üçün ana dilində dərs kitabları yaradılmasına əsas şərt kimi baxmışdır.

1890 – 1892-ci illərdə Nuxa qəzasının Xaçmaz kəndində yeni “üsuli-cədid” məktəbi yaradıb və orada azərbaycan dilini və rus dilini tədris edib.

Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunda təhsil aldıqdan sonra məktəblərdə dərs vəsaitlərinə olan ehtiyacı aradan qaldırmaq üçün azərbaycan dili dərs kitablarını yazıb nəşr etdirmək arzusunu həyata keçirmək istəyib. Artıq onun on il müəllimlik təcrübəsi və xeyli material toplanması buna imkan verirdi. Öz tərcümeyi-halında göstərirdi ki,

"Kənddə on il müəllimlik etdiyim zaman rus klassiklərindən Puşkinin, Jukovskinin, Krılovun, Lermontovun, Tolstoyun əsərlərindən müdam tərcümə edib, albomuma çox şey toplamışdım və el ədəbiyyatından bəzi yararlı şeyləri də intixab eləmişdim, həmçinin təcrübədən çıxartmışdım."

Rus pedaqoqu K.D.Uşinskinin pedaqoji görüşləri, A.O.Çernyayevskinin “Vətən dili” dərsliyi, xüsusilə rus yazıçısı Lev Tolstoyun “Əlifba”, “Yeni əlifba”, “Riyaziyyat” və “Oxu kitabı” ilə yaxından tanışlıq Rəşid bəy Əfəndiyevin azərbaycanca məktəblər üçün ana dilində dərslik yazmaq həvəsini artırmışdı. O, “uşaqların oxu və yazı prosesində qrammatik qaydalarla tanış olması prinsipi” əsasında “Uşaq bağçası” adlı yeni əlifba kitabı yaratmış, Lev Tolstoyun hekayə və məqalələrindən də doğma dilə çevirib “Uşaq bağçası” dərsliyinə daxil etmişdir.

“Uşaq bağçası” əlifba kitabını çapa hazırlayıb 1889-cu ildə İstanbulda kütləvi tirajla nəşr etdirdikdən sonra ikinci dərsliyin – “Bəsirətül-Ətfal” ədəbiyyat dərsliyinin, üzərində böyük həvəslə çalışmağa başlayıb.

“Bəsirətül-Ətfal” müəllimlər üçün metodik vəsait olsa da, bütövlükdə əhatə etdiyi həyat, məişət, dil, bədii ədəbiyyat, kənd təsərrüfatı, təbiət, coğrafiya və s. mövzular bu dərsliyi məktəb uşaqlarının ensiklopedik məlumat kitabına çevirirdi.

1901-ci ildə “Bəsirətül-Ətfal” Bakıda iki min nüsxə tirajla çap olunmuş, azərbaycan dili tədris olunan bütün Qafqaz məktəblərində mükəmməl dərslik kimi tədris vəsaiti kimi istifadə edilmişdir.

1900 – 1916-cı illərdə Qori seminariyasında müəllim işləyərkən dərsdənkənar ədəbiyyat dərnəkləri və teatr truppası təşkil edib. Ədəbiyyat dərnəyində klassik yazıçıların xatirə gecəsi keçirilmiş, tələbələrin ilk qələm təcrübələri vaxtaşırı müzakirə olunmuş, teatr truppası isə azərbaycan və rus dillərində teatr tamaşaları göstərmişdir.

Bakı və Tiflis dövri mətbuatında vaxtaşırı çap etdirdiyi məqalələrində məktəblərdə təlim-tərbiyənin vəziyyəti, qız məktəblərinə biganəlik, dil və məktəb məsələləri barədə tənqidi münasibətini bildirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918 − 1920) Bakı kişi seminariyasının direktoru vəzifəsində işləyərkən xalq maarifi sahəsində tədbirlərin həyata keçirilməsi işlərində, o cümlədən, Maarif Nazirliyi yanında təşkil olunmuş əlifba komissiyasının tərkibində latın qrafikasına keçmək üçün təqdim olunmuş layihələrin müzakirəsində fəal iştirak edib.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nuxa şəhərinə qayıtmış, Nuxa şəhərində oğlan və qız seminariyasını təşkil etmiş, bir müddət Nuxa pedaqoji məktəbində müəllim işləmişdir. Eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi kimi elmi, pedaqoji, ədəbi sahədə axtarışlarını davam etdirmiş, Azərbaycan el ədəbiyyatı nümunələrini toplamışdır.

1924-cü ildə Azərbaycanın I Ölkəşünaslıq Qurultayına nümayəndə və Etnoqrafiya Cəmiyyətinin Şəki şöbəsinin elmi katibi seçilib.

Vəfatı[redaktə]

1942-ci il avqust ayının 31-də – 79 yaşında, Nuxada vəfat etmiş, Nuxadakı Xoçik qəbirstanlığında, həyat yoldaşı ilə eyni qəbirdə dəfn edilmişdir.

Xatirəsi[redaktə]

Şəkidə ölkəşünaslıq muzeyi, məktəb, kitabxana və küçə onun adını daşıyır.

60, 70, 100 illik yubileyləri keçirilmiş, əsərləri kütləvi tirajla nəşr olunmuşdur.

Ailəsi[redaktə]

2 oğlu və 4 qızı olub;

Oğllanları:

  • Məmməd Əfəndiyev (1887 – 1977) – Azərbaycan Dövlət Universitetinin riyazi analiz kafedrasının müdiri (1935-1965) və professor olub.
  • Nadir Əfəndiyev – həkim-cərrah olub.

Qızları:

  • Maral Əfəndiyeva-Nəbiyeva (1889-1967) – atası kimi bütün ömrünü xalq maarifi işinə həsr etmiş, Tərtərdə, Qarğabazarda (indiki Füzuli rayonu), Nuxada ilk Azərbaycan qız məktəblərinin yaradılmasında və pedaqoji fəaliyyəti ilə gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynamışdır.
  • Mahtaban Əfəndiyeva-Rüstəmova (1900-1972) – 1915-ci ildə Nuxada açılmış “Müqəddəs Nina” qız gimnaziyasında müəllim işləmiş, 1920-ci ildə Nuxada açılmış Darülmüəllimatın (müəllimələr institutu) ilk müdiri olmuşdur, sonralar Vartaşendə rus və fransız dillərindən dərs deyib.
  • Cəmilə Əfəndiyeva-İbrahimbəyli (1902-1978) – Nuxada və Bakıda pedaqoji fəaliyyətlə məşğul olub.

Əsərləri[redaktə]

Rəşid bəy Əfəndiyev. Seçilmiş əsərləri. Bakı-2016.

✰
Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir.

İstifadə edilmiş mənbələr[redaktə]

Əsgər Xəlilov

4 Ağu 2020 15:32 tarihinde Aydin Salis tarafından yayınlandı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
Əsgər Xəlilov
Xəlilov Əsgər Sabir oğlu
Asger Xalilov.jpg
Əsgər Xəlilov

Doğum tarixi4 may 1955 (65 yaş)
Doğum yeriNuxaFlag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
VətəndaşlıqFlag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
TəhsiliMoskva Ali Sərhədçilər Məktəbi (1972 – 1976); SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbi (1978 – 1980)
Rütbəgeneral-leytenant
VəzifəsiAzərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı (2017 – 2020 )
İstefada27 fevral 2020
TəltifləriAzərbaycan Bayrağı ordeni - lent (2009).png Vətənə xidmətə görə I, II və III dərəcəli ordeni.png Vətənə xidmətə görə I, II və III dərəcəli ordeni.png Azərbaycan Respublikasının “Rəşadət” ordeni (1-ci dərəcə) - lent.jpg "Hərbi xidmətlərə görə" medalı "Vətən uğrunda" medalı Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı - lent.png

Əsgər Xəlilov (Xəlilov Əsgər Sabir oğlud.  4 may 1955, Nuxa, Azərbaycan SSR, SSRI) – general-leytenant, 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı olub.

Haqqında məlumatlar[redaktə]

1955-ci ildə Nuxa şəhərində anadan olub.

1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbi bitirib və Moskva şəhərindəki Ali Sərhədçilər Məktəbinə daxil olub.

1976-cı ildə Ali Sərhədçilər Məktəbində təhsilini tamamlayaraq Sərhəd Zastavasında xidmətə başlayıb.

1978 – 1980-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbində təhsilini artırmış, sonra isə Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirmişdir.

1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub və 1988 – 1992-ci illərdə həmin məntəqənin rəisi vəzifəsində çalışıb.

1992-ci ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunları yarandıqdan sonra Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi kimi hərbçi fəaliyyətini davam etdirib; 2009-cu ilədək Sərhəd Qoşunlarında müxtəlif yüksək vəzifələr tutub.

2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub və general-mayor hərbi rütbəsi alıb.

2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini və eyni zamanda Sərhəd Qoşunlarının komandanı olub. 2018-ci il avqustun 16-dan general-leytenant hərbi rütbəsi daşıyır.

27 fevral 2020-ci il tarixdə “Rəşadət” ordeni ilə təltif edilməklə yanaşı, hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Mükafatları[redaktə]

  1. “Hərbi xidmətlərə” görə medalı (2002);
  2. “Vətən uğrunda” medalı;
  3. “Azərbaycan Bayrağı” ordeni;
  4. II və III dərəcəli “Vətənə xidmətə görə” ordenləri;
  5. III dərəcəli “Hərbi xidmətlərdə fərqləndiyinə görə” medal;
  6. III dərəcəli “Rəşadət" ordeni (2020)

...ümumilikdə Azərbaycan Respublikası və MDB ölkələrinin 36 orden və medalı ilə təltif edilib.

İstifadə edilmiş mənbələr[redaktə]

✰
Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir.

Tələt Qasımov

4 Ağu 2020 15:24 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 4 Ağu 2020 15:30 güncellendi ]

Tələt Qasımov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
Tələt Qasımov
Qasımov Tələt Əli oğlu
Tələt Qasımov.jpg
Tələt Qasımov
bayraqAzərbaycan Respublikasının səhiyyə naziribayraq
1991 — 1992
Sələfivəzifə təsis edilib
XələfiRahim Hüseynov
bayraqAzərbaycan SSR səhiyyə naziribayraq
1979 — 1991
SələfiHənifə Abdullayev
XələfiAzərbaycan SSR ləğv olunub
bayraqAzərbaycan SSR səhiyyə nazirinin müavinibayraq
1978 — 1979
Şəxsi məlumatlar
Doğum tarixi4 avqust 1939
Doğum yeriBakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi27 fevral 1999 (60 yaşında)
Vəfat yeriBakı
AtasıƏli Qasımov
AnasıSəidə Qasımova
Həyat yoldaşıYuliya Qasımova
Təhsili

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1957 – 1963);

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturası (1965 – 1967)
Elmi dərəcəsitibb elmləri namizədi
Mükafatları"Şərəf Nişanı" ordeni

Tələt Qasımov (Qasımov Tələt Əli oğlud. 4 avqust 1939-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 27 fevral 1999-cu ildə, Bakı, Azərbaycan Respublikası) – Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992).

Mündəricat

Haqqında məlumatlar[redaktə]

1939-cu ildə Bakıda anadan olub.

1956-cı ildə Bakıda 6 №-li məktəbi bitirib.

1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb; eyni zamanda institutun komsomol komitəsi katibinin müavini olub və Bakı şəhər 2 №-li klinik xəstəxanada tibb qardaşı işləyib.

1963 – 1965-ci illərdə hərbi xidmətdə olub – Macarıstanda hərbi həkim işləyib.

1965 – 1970-ci illərdə əvvəl Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturasına təhsilini artırıb (1965 – 1967), sonra bu institutun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışıb, hospital terapiya kafedrasında “Bronxial asma zamanı kliniki-biokimyəvi tədqiqatlar” adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib, institutun komsomol komitəsinin katibi olub.

1970 – 1974-cü illərdə Azərbaycan LKGİ-nin sədri olub.

1974 – 1978-cu illərdə Azərbaycan KP MK-da işləyib, o cümlədən, 1976 – 1978-ci illərdə elm və təhsil müəssisələri şöbəsinin səhiyyə və sosial təminat sektorunun müdiri olub.

1978 – 1979-cu illərdə Azərbaycan SSR Səhiyyə nazirinin müavini və nazirliyin IV baş idarəsinin rəisi vəzifəsində çalışıb.

1979 – 1992-ci illərdə Azərbaycan SSRİ-nin (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991-ci ildən) səhiyyə naziri olub.

1980 – 1984 və 1985 – 1990-cı illərdə X və XI çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

1992-ci ildən sonra bir müddət işsiz qalıb, sonra Azərbaycanın Rusiyadakı səfirliyində müşavir vəzifəsində çalışıb.

1999-cu ildə Bakıda vəfat edib.

Mükafatları[redaktə]

  • Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1972) – respublika pioner təşkilatının işində fəal iştirak etdiklərinə, böyüməkdə olan nəslin kommunist tərbiyəsi sahəsində uzun illər səmərəli fəaliyyət göstərdiklərinə görə və V.İ.Lenin adına Ümumittifaq pioner təşkilatının 50 illiyi ilə ələqədar olaraq[1];
  • “Şərəf nişanı” ordeni.

Ailəsi[redaktə]

  • Atası: Əli Qasımov, Nuxada anadan olmuşdur, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, Bakıda tibb məktəbinin müdiri olub, 1941-ci ildə könüllü olaraq müharibəyə gedib, 1942-ci ildə itkin düşüb;
  • Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun əmisi qızı, həkim, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda çalışıb, Nuxada anadan olmuşdur.
  • Bacısı: Rəna;
  • Həyat yoldaşı: Yuliya Qasımova;
  • Övladları: Nərminə və Əli Qasımov.

Ədəbiyyat[redaktə]

  • Məmmədov N. Tələt Qasımov // Konsilium : jurnal. — 2009. — № 5 may. — Səh. 4 (3 – 15).

İstinadlar[redaktə]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il yalnız aylıq qazancı 500 manat olanlara inək verəcək; niyə?

19 Ağu 2019 17:42 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 19 Ağu 2019 21:39 güncellendi ]

Azərbaycanda əhalinin sosial durumu qonşu respublikalardan xeyli pis olmaqla yanaşı, hər gün daha da pisləşməkdədir. Sosial durumun yaxşılaşdırılması istiqamətində konkret heç bir iş görülmür – bütün layihələr ard-arda iflasa uğrayır. İlin əvvəlindən rəsmi KİV maaşların, pensiyaların artmasından danışırdı, amma heç deyən yox idi ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin ən azı yarısı işsizdir, bunlar nə maaş alırlar, nə də pensiya və işləyənlərin maaşları artanda, işləməyənlərin güzaranı daha da pisləşir. Avtobusa 20 qəpik gedişhaqqı verməyə imkanı olmayan işsizdən indi gediş üçün 30 qəpik tələb olunur; haradan versin?

Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, burada dövlət işsizlərə kömək etmək əvəzinə işsizlərin cibinə girir, işsizin ianə, yaxud borc aldığı sonuncu qəpiyini də cibindən çıxarmağa çalışır.

Ötən il elan olunmuşdu ki, 7 min nəfər özünəməşğulluq layihəsinə cəlb olunacaq və onların hər birinə 5 min manat dəyərində aktiv veriləcək. Yerlərdəki Məşğulluq Mərkəzlərinin direktorları bubaşdan 1000 manat istədilər. Aktivlər isə ən yaxşı halda 2-3 min manat dəyərində oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla da kifayətlənmədi, əksər hallarda birtərəfli qaydada biznes-planları pozdu, yanıbalalı inək əvəzinə vətəndaşa qısır inək verdi, yanıbalalı qoyun əvəzinə qısır və dişləri tökülmüş qoyunlar verdi və tələb etdi ki bunları iki il bəsləməlidir. Heç bir iş yeri açılmadı, aztəminatlı vətəndaşlar bir qəpik belə qazanmadılar, daha da müflisləşdilər.

Məsələ mediada geniş işıqlandırılsa da, hətta Milli Məclisə də gedib çıxsa da bunu edənlərin cəzalndığını görən olmadı. Yalnız bilirik ki, 5 gün öncə – avqustun 15-də Zaqatala Məşğulluq Mərkəzinin direktoru intihar edib…  Və bir də son bir ildə Məşğulluq Mərkəzlərindən bəzilərinin direktorlarının işdən çıxarılması, hətta həbs edilməsi barədə də məlumatımız var. Məsələn, bu ilin yanvar ayında Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov şübhəli şəxs qismində tutulmuşlar. Başqa sözlə yalnız ikinci dərəcəli şəxslər qurban verilir, əsas təşkilatçılar isə əvvəlki qaydada öz işlərində davam edirlər.

Bu il üçün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi biznes-paketləri daha da sərtləşdirib. İndi nazirlikdən iki inək alıb baxmaq istəyənlərin aylıq qazancı 500 manatdan az olmamalıdır (iki inək gündə 2 bağlama ot yeyir. Bir bağlamanın qiyməti 5 manat, 2 bağlamanın qiyməti 10 manat, ayda edir 300 manat, + 200 manat da şəxsin bir aylıq dolanışığı üçün minimum məbləğ). Sual oluna bilər, bu biznes paketi hansı sarsaq tərtib edib? Aylıq 500 manat qazancı olan vətəndaşa dövlət niyə yardım etməlidir axı? Amma yox, vəziyyət heç də göründüyü kimi sadə deyil və biznes-paketi tərtib edən şəxs də heç də sarsaq deyil, əslində çox ağıllı adamdır; bilir ki yalnız ayda 500 manat qazancı olan adam əvvəlcədən 1000 manat “ödəniş” edə bilər.

Hər il Azərbaycanda 10 minlərlə tələbə ali təhsil diplomuna yiyələnir. Bunların öz ixtisaslarına uyğun iş tapmaları üçün 3 yol var: 1) day-day; 2) azı 5 min manat rüşvət vermək. 3) dövlət qulluğuna qəbul üçün imtahan vermək və yaxşı nəticə göstərmək.

Məşğulluq Mərkəzinə iş üçün müraciət edən və cibində 5 mini olmayan istənilən ali təhsilli şəxsə konkret bir cavab verilir: bizdə 180 manat maaşla yol süpürmək, yer belləmək kimi işlərdən başqa heç bir iş yoxdur. İxtisasına uyğun iş istəyirsənsə Dövlət qulluğuna qəbul üçün dövlət rüsumunu ödə, imtahan ver, bəlkə işlə təmin olundun, başqa yol yoxdur. Gördüyünüz kimi Azərbaycanda dövlət işsizin cibinə girir, iş üçün müraciət edən işsizə, konkret heç nə vəd etmədən ondan 70 manat qoparmağa çalışır.

Ünvanlı yardımın və işsizliyə görə müavinətin isə şərtləri elədir ki, aztəminatlıların və işsizlərin yalnız 0.1 faizi bu imkandan yararlana bilər, ya yox. Məsələn, zibil maşının sürücüsünə ünvanlı sosial yardım verilə bilməz, çünki adına “dovernus” var. İşdən çıxsa isə yenə də ona ünvanlı sösial yardım düşmür, çünki işləmir. Başqa bir misal, müdir səni çağırıb tələb edir ki, öz ərizənlə işdən çıx. Sən də ərizə yazmırsan. Bilirsən ki öz xahişi ilə işdən çıxsan işsizliyə görə müavinət ala bilməyəcəksən. Müdir əsəbləşir, səni işdə yol verdiyin nöqsanlara görə işdən çıxarır. Bu halda yenə də işsizliyə görə müavinət ala bilməyəcəksən amma. Çünki işsizliyə görə müavinət yalnız ixtisara düşənlərə və iş yeri bağlananlara verilə bilər.

Dövlətimiz ikinci ildir ki, işləyənlərin maaşlarından işsizlərə yardım adı ilə vergi tutur. Bu vergi əsasında məşğulluq proqramları maliyələşir, işsizlik müavinətləri verilir. Amma sonda isə məlum olur ki, digər vergilər kimi, bu vergi də təyinatı üzrə istifadə edilmir, kimlərinsə cibinə gedir.

Məsələ ilə bağlı Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə müraciət etdik, ümidvarıq ki bu istiqamətdə tezliklə əsaslı dəyişikliklər baş verəcək. 

Aydın Məmmədov

Qeyd: Saytımızın Ana səhifəsinin yerləşdiyi hostda müvəqqəti problemlər olduğu üçün məqaləni yardımçı səhifələrdən birində dərc etməyə məcbur olduq.

1-10 of 242