7 iyul tarixinə qədər "Azəripək" MMC tərəfindən 513,925 ton barama qəbul edilib və barama tədaükü yekunlaşıb. Şəkildə: Zərdab rayonunda yaş baramanın təhvil verilməsi (f otoşəkil AZƏRTAC-ındır). Rayonların nəticələri isə aşağıdakı kimidir: Zərdab rayonunda ən çox - 53 ton 881 kq, barama tədarük edilmişdir. Qurd toxumunun məhsuldarlığına görə isə Cəbrayıl rayonu birincidir. Cəbrayıl rayonunda 1 qutu qurd toxumundan orta hesabla 54,461 kq məhsul əldə edilib. Bəslənmək üçün ən çox qurd toxumu isə Şəki rayonuna verilmişdir: 1612 qutu. Respublika üzrə 1 qutudan orta hesabla 39,532 kq məhsul əldə edilmişdir ki, bu da əvvəlki illərin nəticələrindən bir qədər azdır.
Ən aşağı məhsuldarlıq Astara rayonunda qeydə alınıb: bir qutudan orta hesabla 14,788 kq. Asağı məhsuldarlığa görə Astaradan sonra Saatlı (17,738 kq), Cəlilabad (22,557 kq), Hacıqabul (24,666 kq), İmişli (25,858 kq) və Şəki (29,893 kq) gəlir. Məlumat üçün əlavə edək ki, ən az məhsuldarlıq qeydə alınmış Astara rayonu üzrə və məhsuldarlıq o qədər də qənaətbəxş olmayan Şəki rayonu üzrə barama bəslənilməsi zamanı meydana çıxmış problemlər haqqında biz daha əvvəl məlumat yaymışıq (Bax: Zay toxum, hələlik 400 tona yaxın barama qəbulu, "Şəki-İpək" ASC-nin ləğv olunması..., Astara rayonunda bəzi kümdarlar 1 qutu qurd toxumundan 80 kq məhsul əldə ediblər, amma...)
Məlumat üçün onu da əlavə edək ki, cari barama mövsümünün əvvəlində respublikanın 38 rayonu üzrə 13 min qutu qurd toxumu paylanılmışdı (Şəki Regional Elmi Mərkəzi tərəfindən istehsal edilmiş 25 qutu qurd toxumunun hara paylanması barədə məlumat əldə edə bilmədik). Paylanılan 13 min qutu toxumun hamısı Çindən satın alınmışdır və hər qutuda 29 qram toxum olduğunu nəzərə alsaq, ümumi çəki 377 kq-a bərabər olmalı idi (Qurdlar diriləndən sonra, kümdarlara paylanma ərəfəsində bir qutuda cəmi 19 qram toxum qalır). Mütəxəssislərin bildirdiklərinə görə yüksək keyfiyyətli qurd toxumunun 1 kq-nın dünya bazarında qiyməti 1 020 $ (1733,47 manat) civarındadır. Hindistanın ipəkçilik üzrə ixtisaslaşmış "Mainline Enterprises" şirkətinin meneceri Məhəmməd Muzammil "İpəkçi"yə bildirdi ki, onların ölkəsində də Azərbaycandakı kimi qurd toxumu kümdarlara dövlət tərəfindən pulsuz verilir, bir qutu toxum isə dövlətə 17 $-a (28,89 manata) başa gəlir. Azərbaycan Respublikası Prezidentinin İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında 6 oktyabr 2017-ci il tarixli sərəncamına əsasən isə 2018-ci il üçün barama toxumlarının alınmasına 275 min manat (161 min 814 $) vəsait ayrılmışdır (qutuların sayına böldükdə, bir qutunun qiyməti orta hesabla 21,15 manata (12,44 $-a) bərabər olur; 2017-ci ildə isə 6 min qutu qurd toxumunun alınması üçün 163 min manat vəsait ayırıldığını nəzərə alsaq, həmin il bir qutunun qiyməti orta hesabla 27,16 manata (16 $-a) bərabər olub). Bundan başqa, tədarük edilmiş 513,502 ton yaş barama üçün dövlət tərəfindən kümdarlara 2 567 510 mant subsidiya da verilməlidir... Respublikada bu il 500 tondan çox barama tədarük edilməsinə və bütün məhsulun "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin mülkiyyətində olan Şəki ipək kombinatına təhvil verilməsinə baxmayaraq, "Azərbaycan Sənaye Korporasiyası" ASC Şəki ipək kombinatındakı baramaaçan istehsalatının fəaliyyətini bərpa etməyə tələsmir, əldə etdiyimiz məlumatlara görə istehsalatın fəaliyyəti yalnız avqust ayında, avqust ayının sonuna qədər bərpa edilə bilər.
Qeyd: R ayonlarda barama tədarükünün nəticələri ilə bağlı "Azəripək" MMC-yə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsininə e-məktubla müraciət etmişdik, ikinci qurum məktubumuza iki dəfə (1; 2.) qısa bir müddət ərzində cavab verdi. Kənd Təsərrüfatı Nazirliyindən isə İmran Cümşüdov rayonlara nə qədər qurd toxumu verilməsi ilə bağlı sorğumuzu qısa müddət ərzində cavablandırdı. Həmçinin, ekspert qismində Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyevlə və Hindistanın ipəkçilik üzrə ixtisaslaşmış " Mainline Enterprises" şirkətin meneceri Məhəmməd Muzammil ilə də danışdıq, bəzi məsələlərlə bağlı bizi məlumatlandırdılar. Bu qurumlara və bu qurumların bizə yardımçı olmuş əməkdaşlarına təşəkkür edirik. AZƏRBAYCANDA BARAMA TƏDARÜKÜ (07.07.2018) |
2018-ci ildə ən çox barama tədarükünə görə Zərdab, qurd toxumunun məhsuldarlığına görə isə Cəbrayıl rayonu birinci oldu
38 öğe gösteriliyor
Rayon | Bəslənmək üçün götürülmüş qurd toxumu | Təhvil verilmiş yaş barama | Bir qutudan orta hesabla |
---|---|---|---|
Sırala | Sırala | Sırala | Sırala |
Rayon | Bəslənmək üçün götürülmüş qurd toxumu | Təhvil verilmiş yaş barama | Bir qutudan orta hesabla |
---|---|---|---|
Zərdab | 1300 qutu | 53,881 ton | 41,446 kq |
Şəki | 1612 qutu | 48,188 ton | 29,893 kq |
Zaqatala | 0988 qutu | 48,105 ton | 48,689 kq |
Füzuli | 0832 qutu | 37,569 ton | 45,155 kq |
Ağcabədi | 0780 qutu | 37,146 ton | 47,622 kq |
Balakən | 0572 qutu | 29,819 ton | 52,131 kq |
Qax | 0624 qutu | 25,305 ton | 40,552 kq |
Bərdə | 0520 qutu | 24,528 ton | 47,169 kq |
Kürdəmir | 0520 qutu | 20,372 ton | 39,176 kq |
Ağdam | 0520 qutu | 17,079 ton | 32,844 kq |
Sabirabad | 0338 qutu | 14,127 ton | 41,795 kq |
Şəmkir | 0312 qutu | 12,691 ton | 40,676 kq |
Ucar | 0312 qutu | 12,564 ton | 40,269 kq |
Göyçay | 0312 qutu | 12,500 ton | 30,064 kq |
Ağdaş | 0312 qutu | 11,465 ton | 36,746 kq |
Yevlax | 0351 qutu | 11,006 ton | 31,356 kq |
Ağsu | 0260 qutu | 10,936 ton | 42,061 kq |
Tərtər | 0260 qutu | 10,228 ton | 39,338 kq |
İmişli | 0390 qutu | 10,085 ton | 25,858 kq |
Goranboy | 0260 qutu | 09,808 ton | 37,723 kq |
Tovuz | 0260 qutu | 09,757 ton | 37,526 kq |
Qəbələ | 0260 qutu | 09,110 ton | 35,038 kq |
Qazax | 0130 qutu | 06,287 ton | 48,361 kq |
Oğuz | 0156 qutu | 05,188 ton | 33,256 kq |
İsmayıllı | 0130 qutu | 03,900 ton | 30,000 kq |
Ağstafa | 0104 qutu | 03,752 ton | 36,076 kq |
Lənkəran | 0078 qutu | 03,705 ton | 47,500 kq |
Masallı | 0078 qutu | 03,408 ton | 43,692 kq |
Saatlı | 0130 qutu | 02,306 ton | 17,738 kq |
Hacıqabul | 0078 qutu | 01,924 ton | 24,666 kq |
Cəbrayıl | 0026 qutu | 01,416 ton | 54,461 kq |
Cəlilabad | 0052 qutu | 01,173 ton | 22,557 kq |
Laçın | 0026 qutu | 01,065 ton | 40,965 kq |
Xocavənd | 0026 qutu | 01,048 ton | 40,307 kq |
Astara | 0052 qutu | 00,769 ton | 14,788 kq |
Xocalı | 0013 qutu | 00,637 ton | 49,000 kq |
Qubadlı | 0013 qutu | 00,578 ton | 44,461 kq |
Zəngilan | 0013 qutu | 00,500 ton | 38,461 kq |
38 öğe gösteriliyor